Türkiyə Suriyada əməliyyata başlayır, NATO-dan çıxır… – Ərdoğandan KRİTİK AÇIQLAMA

6-08-2019, 15:11   

“60 ildən çoxdur NATO üzvlüyünə təhlükəsizlik siyasətimizin əsas sütunu kimi qəbul edirik. NATO-dakı müttəfiqimiz və strateji tərəfdaşımız olan ABŞ-dan da bu çərçivədə müttəfiqliyə yaraşan addımlar atmasını gözləyirik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan ABŞ-la problemləri müzakirə masasında həllinin tərəfdarı olduğunu bildirərək, eyni zamanda ölkəsinin NATO-dan çıxmaq ehtimalına da toxunub:

“Problemlərin dialoqla həll edilməsinə təkid edirik. Amma Türkiyə müttəfiqləri olmadan da, milli maraqlarını təhdid edən bütün təhlükələri təkbaşına dəf etmək haqqına sahibdir”.

Türk lider Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemlərinin NATO və “F-35”-lərə zərər verməyəcəyini deyib:

“Kimsə kimsəni aldatmasın. Biz də Amerikadan FETÖ liderinin Ankaraya təslim edilməsindən tutmuş PKK/YPG terror təşkilatlarının silahlandırılmasının dayandırılmasınadək bir sıra addımları atmasını gözləyirik. Avropa İttifaqı isə qlobal oyunçu olmaq istəyirsə, əvvəlcə Türkiyəni razı salmalıdır. Türkiyənin bu ittifaqa üzvlüyü bir neçə ölkənin tamahkarlığına qurban verilməməlidir”.

Rəcəb Tayyib Ərdoğan Suriyada hərbi əməliyyatın anonsunu da verib: “Cənub sərhədimizdə müttəfiqlərimizin silahları ilə böyüyən qruplar ortadan qalxmadıqca Türkiyə özünü əmin-amanlıqda hiss edə bilməz. Fərat qalxanı, Zeytun budağı əməliyyatları ilə start verdiyimiz prosesi çox yaxında fərqli bir mərhələyə gətirəcəyik”.

Əlavə edək ki, Türkiyənin Rusiyadan “S-400” sistemləri almasından sonra Türkiyənin NATO-dan çıxacağına dair məlumatlar yayılmışdı. (teleqraf.com)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar