Balakəndəki Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsində hazırda uzun növbə yaranıb.
Cebhe.info-ya daxil olan məlumata görə, Gürcüstana nəqliyyat vasitəsilə keçmək istəyən vətəndaşlar uzun növbə səbəbindən sərhəd buraxılış məntəqəsinin qarşısında saatlarla gözləməli olurlar. Nəticədə böyük sıxlıq müşahidə olunur.
Yaranan sıxlığa etiraz edən vətəndaşlara qarşı gömrük-sərhəd buraxılış məntəqəsinin əməkdaşları kobudluq nümayiş etdirirlər. Onlar bildirib ki, rəhbərliyin tapşırığına əsasən bu cür “xidmət” göstərilir, yoxlanışa ancaq bir əməkdaş cəlb olunub.
Yaranmış sıxlığın səbəbi məlum deyil. Amma vətəndaşların bildirdiyinə görə, sıxlığın yaranmasına məntəqə əməkdaşlarının yarıtmaz xidməti səbəb olur.
Alçina Amilqızı
Cebhe.info