“Biqeyrət kimi o dünyaya getmək istəmirəm, mənim dövrümdə Qarabağı alsınlar…” — Rəşid Mahmudov
7-08-2019, 19:09
Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov moderator.az-a açıqlamasında Paşinyanın Qarabağa son səfərinə münasibət bildirərək çox sərt danışıb.
R.Mahmudov deyib ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün səfərbər olmalıyıq:
“Qarabağın alınmasının bircə yolu var. Mənə beş bomba hazırlayıb versinlər və düyməsi də məndə olsun. Üçünü Stepanakertə, birini aeroporta, digərini isə Laçın dəhlizinə atım. Ondan sonra məni dəli, başdanxarab adlandırıb həbs edərək Birləşmiş Millətlər Təşkilatına versinlər. Məni xalq düşməni kimi ya güllələsinlər, ya da ömürlük cəza versinlər. Ermənistanın heç nəyi yoxdu, bunu qəsdən edirlər.
Hamımız bilirik ki, ermənilərin arxasında ruslar dayanıb. Amma 700 min çeçen rusları çökdürmüşdü. Biz millət olaraq birləşməliyik. On milyon bizik, ermənilər isə heç üç milyon deyil. Eybi yoxdur döyüşək qoy üç dəfə artıq qırılaq, amma bir milyonumuz salamat qalacaq və ermənilərin isə 3 milyonunun hamısı qırılacaq.
Büdcəmizdən külli-miqdarda silaha pul ayırıb Qarabağda hərbi əməliyyatlar keçirməliyik. Heç kim bizə heç nə deyə bilməz. Ruslara da demək lazımdır ki, 1818-ci ildən İrəvanımı alıb Yerevan elədin, Zəngəzurumu aldın, Dərbındimi aldın artıq bəsdi.
Mən biqeyrət kimi o dünyaya getmək istəmirəm, mənim dövrümdə Qarabağı alsınlar. Bu problemi nəvələrim qoyub getmək istəmirəm. Hamımız ölkə başçısının ətrafında birləşib torpaqlarımızı işğaldan azad etməliyik. Bu yandan da gürcülər də torpaq istəyir. Xarici İşlər Nazirliyi isə buna heç bir reaksiya vermir”.