ADADAKI YAXTADA GİZLİ GÖRÜŞ… –Nat Rotşildin qəbul etdiyi qonaqlar kimlər olub? - ARAŞDIRMA

7-08-2019, 20:35   

Ərgün Dilər

“Takvim”, Türkiyə, 07 avqust 2019-cu il

 

İki böyük müharibədən sonra ABŞ səhnəyə çıxdı. İngilislərin ailələr vasitəsilə qurduğu sistemi pul, yəni dollar vasitəsilə dəyişdirdi. Müharibədə məğlub etdiyi Almaniya və Yaponiyanın əlindən tutaraq ayağa qaldırdı. İqtisadi model təklif edərək, onları istehsalçı etdi. İstehsal etdikləri malları almaqla bərabər, bu iki ölkənin maliyyəsini də idarə etdi.

Sonra səhnəyə Çini çıxardı. Fəhlələrin hüquqlarını müdafiə edən kommunist Çin onların çörəyinə qan bulaşdırdı. Ən ucuz qiymətə fəhlə işlədən Çin eyni zamanda bir çox digər ölkələrdəki fəhlələrin qazanmasının da qarşısını alırdı. Çin böyüyür, böyük divə çevrilirdi. Ancaq istehsal etdiyi malları ABŞ-a satmağa və pulunun əksəriyyətini orada saxlamağa məcbur idi. Çünki ABŞ olmasaydı, mallarını sata biləcəyi başqa bir bazar yox idi.

ABŞ öz kobud sistemini belə qurdu. İstehsal etdirir, alır, rifahını təmin edir, mal satanın pulunun önəmli hissəsini də özü istifadə edirdi. Bu pulla istədiyi ölkəyə qarşı əməliyyat keçirir, dünyaya nəzarəti təmin edirdi. Bu məsələ ilə bağlı, əslində, silah və sələm lobbiləri eyni yöndə hərəkət edirdi. Gözdən qaçırılan ən böyük detal bu idi.

ABŞ qurduğu sistemin davam etməsi üçün digər tərəflərə təzyiq edirdi. Ancaq sistemdə düzəlişlər etməyə ehtiyac vardı. Bunun üçün də sistemin Orta Şərqdən başlayaraq yenilənməsi şərt idi. Anlamadığımız bu idi.

ABŞ-ın yeni gələn səfiri, doğrusu, bu sahənin mütəxəssisidir. ABŞ-ın planına əsasən, hər kəs yenidən formatlanmalıdır. Türkiyə də burada önəmli rol oynayır. Ancaq bizdəki iqtidarlar elə dünənədək “milli maraqları”izləyirdi. “Milli maraq” deyilən şey də bir neçə dollarlıq üstünlük idi. Halbuki dünya bizim mərkəzində olduğumuz regiondan başlayaraq, yenidən qurulurdu və biz bunu gözdən qaçırırdıq. Lakin sonra anladıq…

Bizimlə bərabər, regionda önəmli olan ikinci oyunçu İrandır. İranla gərginliyin və ya savaşın yaşanması dünya neft ticarətinin durdurulması üçün yetərli ola bilərdi. İran böyük zərbə endirə bilərdi. ABŞ-dan başqa, hər bir ölkə zərər görərdi. ABŞ Orta Şərqdən neft almadan yaşaya bilər. Dərdi neft almaq deyil, kimin nə qədər neft alacağına qərar verməkdir.

Bax, elə burada səhnəyə Çin çıxır. Rotşild ailəsi çıxır.

Hələlik sülhün olmadığı bir döyüşün içindəyik. Bu döyüş Ankarada olduğu kimi, Vaşinqton və Londonda da gedir. Həm də şiddətli bir formada gedir.

Kraliça II Yelizaveta ilə Pentaqon eyni cizgidə hərəkət edir. Kraliçaya qarşı olanlarla Trampa dəstək verənlər də bir xəttədirlər. Biz burada böyük önəm kəsb edirik. Dəfələrlə yazdım, çünki biz olmadan bu matçı kimsə qazana bilməz. Biz böyük olacağıq, yetər ki, səhv etməyək. Türkiyənin milli marağı bir neçə dollar qazanmaq deyil, böyük oyunçu olaraq tarixdəki yerini təkrar tutmaqdır. Bu şans dünən də vardı, bu gün də var.

İndi gəlin bir toplantıdan söz açaq. Yunanıstanın Teselya bölgəsində yerləşən İskados adası Rotşild ailəsinin mülküdür. Bu səbəblə ada çox tanınmaz. Ötən günlərdə ailənin önəmli üzvü olan Nat Rotşild özünün “Planet Nine” yaxtası ilə adaya yaxın sularda idi. Nat Rotşildin yaxtada qəbul etdiyi qonaqlar da çox özəl idilər.Qonaqlar arasında ilk sırada Trampın ortağı, kürəkəni Kuşnerin yaxın dostu Feliks Sater vardı. O, Tramp ailəsini Putinlə tanış edən çox önəmli bir şəxsdirOleq Deripaska və Vladimir Çernuxin də yaxtada idi.

Yaxtada bəzi önəmli məsələlərin müzakirə edildiyi məlumdur. Bu məsələlərin başında da Kipr gəlir. Son dövrlər Cənubi Kiprdə rus oliqarxlara qarşı atılan addımlar yaxtada detallı müzakirə edildi.

Gözlənilməyən hadisələrin baş verdiyini də qeyd etməliyik. Trampın sabiq müşaviri Stiv Bennonun bitkoinin gələcəkdə çox önəmli olacağını söyləməsi bir əməliyyat kimi qəbul edildi. Çünki Bennon bitkoinə qarşı idi. İndi nə üçün belə bir fikir söyləmişdi? Bu da müzakirə edildi.

Nat Rotşildin yaxın dostu Oleq Deripaska ilə aralarının pozulduğu iddia edilirdi. Bunun belə olmadığı artıq bir həqiqətdir. Çünki yaxtadakı toplantını təşkil edən Oleq Deripaska idi. Feliks Sater, illərdir rus oliqarxların gizli evi olan Cənubi Kiprdə alınan qərarların ABŞ mərkəzli olduğunu düşünür. Bir çox rus oliqarxın pullarına əlqoyma planının olduğunu Nat Rotşildə birbaşa çatdıran da Feliks Sater oldu. Rus oliqarxların sərvətlərinin yerləşdirildiyi bu ada indi hücum altında idi. Əlbəttə, Rotşild ailəsinin də, qlobal maliyyəyə yön verdiyi üçün, bu hücumlara qarşı əli güclü idi. Ailə rus oliqarxlara pullarını Cənubi Kiprdən çəkməmələri yönündə əmr verdi.

Bu arada, Nat Rotşildin yaxın dostlarından biri olan və uzun müddətdir İngiltərəyə ayaq basa bilməyən Roman Abramoviç də yaxtada idi. Yaxtada müzakirə edilən məsələlərdən biri də Roman Abramoviçin İngiltərədəki şirkətlərinin Nat Rotşildin ingilis dostuna təhvil verilməsi idi. Bu məsələyə uzun zaman ayrıldı.

Rotşildin dostu İqor Seçinin yeni dövrdə daha təsirli olacağı düşünülür. Putinə yaxınlığı ilə tanınan Feliks Saterin önə çıxmasını istədiyi İqor Seçin də bu məsələ ilə bağlı çox istəklidir. “Rosneft”in baş icraçı direktoru İqor Seçinin oğlu İvan Seçinin ABŞ sanksiyaları ilə üzbəüz qalacağı da masada müzakirə edilən məsələlər arasında idi. Ancaq Feliks Sater bu məsələ ilə bağlı İqor Seçinə təminat verdi. Bu gün ABŞ-a giriş ehtimalının belə çox çətin olması Saterin Vaşinqtonda güclü olmasıyla bağlı həqiqəti dəyişdirə bilməz. Onu da qeyd edək ki, Saterin Vaşinqtondakı mövcud gücü kifayət qədər, haqqında “Netflix”də film, “Amazon”da sənədli film çəkiləcək qədər böyükdür.

Bütün bunları sizə çatdırmağımın səbəbi Orta Şərqdir. ABŞ Çini nəzarət altında saxlamaq, Rusiyanı cilovlamaq, Türkiyəni də istədiyi duruma gətirmək üçün hərəkət etməkdədir. Orta Şərq planları alınmadığı halda, İrana od vurub hər kəsi alovların içində buraxmaq üçün böyütdüyü struktur olan YPG bu kartlardan biridir.

Ailə, yəni Rotşildlər hazırda ABŞ-ın nəzarət mexanizminə qarşı çıxan gücdür. Anlaşa bilərlərmi? Ehtimal var. Hazırda çətindir, aydındır, ancaq bu, “olmayacaq” mənasına da gəlməz.

Rotşildlərin ən güclü olduğu ölkələr İngiltərə, Fransa və Rusiyadır. Burada da çox təsirlidirlər.

ABŞ hər il xaricdən aldığı, əl qoyduğu 800 milyard dollarla öz sistemini çalışdırır. İndi bunun qarşısında əngəllər yaranıb. Gərginliyin səbəbi də budur.

Lakin o da qeyd edilməlidir ki, ABŞ daxilində Rotşildlərə qarşı əməliyyatın keçirilməməsi anlaşma ehtimalının masada olduğunu göstərməkdədir. Anlaşma əldə ediləcək məsələ də Çindir. Çinin necə böyük olacağı, ABŞ-ı bitirənmi, yoxsa söz dinləyənmi olacağıdır.

Bax, elə bu məsələ ilə bağlı Türkiyənin mövqeyi çox önəmlidirHansı variantın baş tutmasından asılı olmayaraq, biz önəmliyik. Milli maraq da bunu görüb həmlə etməyi tələb edir. Bu həmlə Menbiç ola bilər…

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar