Paşinyanın Qarabağla bağlı YENİ SAZİŞİ – Bütün yollar müharibəyə aparır

8-08-2019, 16:10   
 

“Nikol Paşinyan Qarabağdakı çıxışı ilə işğal edilmiş ərazilər haqqında Ermənistan rəhbərliyinin yeni planlarına işarə vurdu. Göründüyü kimi, Paşinyan Dağlıq Qarabağı de-yure Ermənistanın hissəsi etməyə hazırlaşır. Bu, onun ritorikasında əhəmiyyətli döngədir. Ehtimal ki, Paşinyan Bakıya saziş təklif etmək haqda qərar verib. Bunun mahiyyəti odur ki, İrəvan Qarabağ ətrafındakı yeddi rayonu Azərbaycana qaytarır, Bakıya da Qarabağı Ermənistanın ərazisi kimi tanımaq təklif olunur”.

Publika.az
 xəbər verir ki, bu barədə rusiyalı politoloq Vitali Arkov deyib.

Rusiyalı politoloq hesab edir ki, Ermənistan ictimaiyyəti buna hazır deyil: “Ermənilər hətta Qarabağ ətrafındakı rayonların belə Azərbaycana qaytarılması fikrini qəbul etmir, hansı ki, Ermənistan hakimiyyəti belə bu ərazilərin işğal edildiyini tanıyır. Lakin ermənilərin əksəriyyəti bu əraziləri öz torpaqları kimi qəbul edirlər. Hesab edirəm ki, bu məsələ erməni ictimai rəyində qəbul edilməyənə qədər münaqişə həllini tapmayacaq. Digər tərəfdən, Bakı onsuz da belə sazişə getməyəcək. Azərbaycan heç vaxt Qarabağı Ermənistan ərazisi kimi tanımır. Lakin Paşinyan bu məsələni gündəmə gətirməklə şüurlu şəkildə danışıqların pozulmasına çalışır”.

V.Arkov Paşinyanın daxili siyasətdə heç bir uğur qazanmadığını qeyd edib.

“Ona görə də millətçilik kartını işə salır. Bu fəndi Paşinyan özü fikirləşməyib. Hətta Makiavellinin vaxtında belə məşhur idi. Yəni ölkə daxilində ciddi ictimai-iqtisadi problemlər varsa və lider kimi onları həll edə bilmirsənsə, onda vətənpərvərliyi şişirt, xarici düşmən obrazını yarat, elan elə ki, müharibə yaxınlaşır və s. Bu klassik üslubdur və Paşinyan bu yolla gedir. İndi Ermənistan hakimiyyətinə diqqəti daxili problemlərdən Azərbaycanın üzərinə yönəltmək lazımdır”, - qeyd edib.

Rusiyalı politoloq hesab edir ki, Paşinyanın Qarabağdakı bəyanatları Azərbaycan və Türkiyənin Ermənistanın blokadasını gücləndirməsinə səbəb olacaq.

Asif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar