Myanmarın Mandalay şəhərində buddistlərin törətdiyi qətliamlar davam edir. Buddistlər islami olan hər şeyi məhv edir, müsəlmanlara aid ev, iş yerləri və nəhayət, məscidlərə hücum çəkib dağıdırlar.
Axar.az xəbər verir ki, Mandalayda yaşayan müsəlmanların verdiyi məlumata görə, 969 nəfər buddist hücum çəkərək məscidi yandırıb. Məscid istifadəyə yararsız hala düşüb, onlarla Quran yanıb.
Verilən məlumatlara görə, polislər müsəlmanlara hücum edən buddistlərin qarşısını ala bilmir.
[media=http://www.youtube.com/watch?v=GrSoaEWpSpM]