"Yoxlamalar başlayıb, Sevindik Hətəmovdan milyonların hesabı sorulacaq" - Sakinlər

30-12-2019, 08:36   


"İşdən çıxarılacaq icra başçılarının siyahısında Sevindik Hətəmovun da adı var. Onun da yaxın günlərdə vəzifəsindən azad olunacağı deyilir".

Bunu Salyan rayon sakinləri Arqument.Az-a göndərdikləri müraciətdə qeyd ediblər. 

Onlar bildiriblər ki, Maliyyə Nazirliyinin rayonda yoxlama aparılması gözlənilir. 

Hesablama Palatası isə ilin yekunlarına dair yoxlamalara artıq start verib.

Rayonlarda yoxlamaların İqtisadiyyat Nazirliyinin araşdırmaları əsasında apardıldığı iddia olunur. 

Bu yoxlamaların isə əsasən regionların iqtisadi inkişaf proqaramı çərçivəsində ayrılan milyonlarla əlaqədar olduğu deyilir. 

Salyanda aparılan yoxlamaların isə rayonda həyata keçirilən tenderlər və katirovkaların şəffaf aparılmadığı ilə bağlı olduğu bildirilir. 

Bir müddət öncə Salyan sakinləri rayonda həyata keçirilən tenderlərlə bağlı arqument.az-a müraciət göndərmişdilər. Həmin müraciətdə qeyd olunurdu ki, rayonda görülən işlər formal xarakter daşıyır: "Ən gülünc hal isə "Sabirabad İnşaat” MMC-nin Salyan rayonunda  bayram tədbirlərinin keçirilməsinə 46 000 manat vəsait silməsidir. Salyanda tədbir keçirən İcra hakimiyyəti rayonda şirkət tapmır, Sabirabaddan gətirir? Ən gülməlisi də odur ki, inşaat şirkəti bayram tədbirləri təşkil edir. Deyirlər ki, aztəminatlı ailələrə verilən tikinti materiallarının satın alınması üçün  275.973.59 AZN pul xərclənib? Hanı, kimə xərclənib, kim ala bilib bu pulu?”. 

Digər bir şikayət isə "İlkin-N” MMC şirkəti ilə bağlı idi ki, rayonda siyahı üzrə 26 tenderin qalibi olub. Bununla bağlı Salyan Rayon İcra Hakimiyyəti arqument.az-ın rəsmi sorğusunu cavablandırmaqdan imtina etmişdi. 

Sakinlər isə Maliyyə Nazirliyi tərəfindən aparılacaq yoxlamaların da süni şəkildə əngəlləndiyini qeyd edirlər. 

Onlar tenderlərin icra olunması məsələsində və milyonlarla vəsaitin şəffaf xərclənməməsində Sevindik Hətəmovla yanaşı, onun müavini Rəşad Cəbrayılovun da adını hallandırırlar: "Yəqin, indi onlardan milyonların hesabını soracaqlar".

Salyan Rayon İcra Hakimiyyəti isə yoxlamalarla bağlı məlumatlara münasibət bildirməyib. 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.