Qida agentliyindən Prezidentə şikayət

15-01-2020, 09:32   
 


Qarabağ qazisi Adil Abbasov Prezident İlham Əliyevə və Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciət bir surəti də ANAXEBER.info-nun redaksiyasına daxil olub. Adil Abbasov yazır: “Qarabağ uğrunda döyüşlərdə iştirak etmişəm və 1993-cü il tarixdə ermənilər tərəfindən əsir alınmışam. Dövlətimizin apardığı uzun müddətli danışıqlar sayəsində əsirlikdən azad olunmuşam. O vaxtdan indiyədək Bərdə rayonunda məskunlaşmışam.Oğlum Abbasov Elmir mal-qara alveri etməklə ailəsini dolandırır.08 yanvar 2020-ci il tarixdə iki baş heyvan alıb Ağcabədi rayonuna kəsim məqsədilə aparan zaman Azərbaycan Respublikasının Qida təhlükəsizliyi Agentliyinin BərdəRegional İdarəsinin işçiləri ona yaxınlaşaraq heyvanlara baxış keçirib daha sonra bildiriblər ki, hər baş üçün 5 (beş) manat dövlət rüsumunu ödəməlisən. OğlumElmir də onların tələbini yerinə yetirərək hər heyvan üçün tələb olunan rüsumu banka ödəyib və əvəzində ona Forma-1 adlanan baytarlıq şəhadətnaməsi verilib.Həmin heyvanlar Ağcabədi rayonunda yerləşən ət kəsim məntəqəsində məntəqənin baytar həkiminin və Bərdə Regional Qida təhlükəsizliyinin işçisinin iştirakıilə yenidən yoxlanılıb və kəsiminə icazə verilib. Heyvanlar kəsildikdən sonra yararlı olduğu üçün kombinatın baytar həkimi tərəfindən möhürlənib.Təxminən bir saat sonra Qida Təhlükəsizliyi Agentliyinin Bərdə Regional İdarəsinin rəisi Vüqar Zeynalov özü gələrək ətin şübhəli olduğunu bildirib Baxmayaraq ki, Forma-1-in verilməsini şəxsən özü təsdiqləyib və kombinatın baytar həkimi heyvanları müayinə etdikdən sonra kəsilərək möhürlənib. Vüqar Zeynalov Bərdə Regional İdarənsinin rəisi olsa da, nədənsə Ucar Regional İdarəsinin tabeçiliyində olan Ağcabədiyə qeyri-qanuni müdaxilə edir. Bu səlahiyyətləri yəqin ki, ona Qoşqar Təhməzli şəxsən verib. Onu da bildirirəm ki, Vüqar Zeynalov özü Elmirin iştirakı olmadan qanunsuz olaraq (buna qədər iki rayonun ayrı-ayrı baytar həkimlərinin rəyi olmayıb) heyvanlardan ət nümunəsi götürüb müayinəyə göndərib. Cəmdəkləri isə öz işçilərinin dediyinə görə Ağdam rayonunda hardasa saxlayır.Hörmətli Prezidentimiz cənab İlham Əliyev və cənab Baş prokuror Zakir Qaralov, Sizdən xahiş edirəm ki, bizim pozulmuş hüquqlarımızın bərpa olunması və VüqarZeynalovun barəsində qanuni tədbir görülməsi üçün göstəriş verəsiniz”.
ANAXEBER.info 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.