AFN xəbər verir ki, Ç.Qənizadə seçicilərlə görüşmək istəsə də, kənd sakinləri onu dinləməkdən imtina ediblər və deputat olduğu 10 ildə müxtəlif vaxtlarda ona problemləri ilə bağlı etdikləri müraciətlərin cavabsız qaldığını bildiriblər. Görüşdə vətəndaşlarla namizədin ətrafında olan insanlar arasında mübahisə yaranıb, az qala əlbəyaxa davaya səbəb olacaq insidentə çevrilib. Hadisələri özündə əks etdirən videonu təqdim etməklə yanaşı, xatırladırıq ki, Ç.Qənizadə bundan əvvəl də bir neçə dəfə eyni halla üzləşib.