YAP rayon sədrindən misli görünməmiş cinayət - VIDEOFAKT

1-02-2020, 10:54   
 

54 saylı Şabran-Siyəzən seçki dairəsində cinayət adlandıra biləcəyimiz hadisə baş verib. Rayondakı mənbəmizdən daxil olan məlumata görə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov deputatlığa namizəd Sadiq Qurbanovun təbliğatını apararaq onun cənab prezident İlham Əliyevin göndərdiyi namizəd kimi təqdim edib. Videoçəkilişdəki səs yazısından göründüyü kimi o israrla "prezidentin göndərdiyi adama səs verin" deyərək sözün əsl mənasında misli görünməmiş təxribatla məşğul olur. O eyni zamanda seçiciləri təhdid etməkdəb çəkinmir. Onlara məntəqə tipli a sədrlərindən kimə səs verəcəkləri haqda məlumat alacağını və Sadiq Qurbanova səs verməyənlərin aqibətinin yaxşı olmayacağını deyir.Cənab prezidentin şəffaf və demokratik seçki keçiriləcəyi barədə çıxışından sonra YAP Siyəzən rayon təşkilat sədrinin bu əməli ölkə başçısına qarşı xəyanətdir!
[media=//www.youtube.com/watch?v=xXeqj2O7Xmk]
AnaXeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.