Bərdədə namizədlərə təzyiqlər olunur

8-02-2020, 10:01   
 
Bərdənin icra başçısı Vidadi İsayev fevralın 9-na təyin olunan növbədənkənar parlamen seçkilərinin şəffaflığına kölgə salır. ANAXEBER.info-ya daxil olan məlumatda deyilir ki, icra başçısı digər namizədləri müxtəlif üsullarla prosesdən kənarlaşdırmağa cəhd göstərir. Belə namizədlərdən biri də Müsavat Partiyasının 94 saylı Bərdə kənd seçki dairəsindən deputatlığa namizəd Dada. Əhmədlidir. Namizədin sözlərinə görə, o, Bərdə Rayon Polis İdarəsinə çağırılıb. Dadaş Əhmədlini idarə rəisi qəbul edib: “Rəis bildirdi ki, tərəfdarlarınıza deyin, seçki prosesində qeyri-qanuni hərəkətlərə yol verməsinlər. Mən də bildirdim ki, biz hər şeyin qanun çərçivəsində olmasına çalışırıq. Amma kimsə qeyri-qanuni hərəkətlər edəcəksə, onda biz müvafiq addımlar atacağıq”.Bundan əvvəl isə Dadaş Əhmədli bildirmişdi ki, onun xeyrinə təşviqat aparan yerli sakinlərə təzyiq edilir.Namizədin sözlərinə görə, Ləmbəran kəndində onun xeyrinə təşviqat aparan beş yerli sakinin çəpərləri yandırılıb. Dadaş Əhmədlinin ehtimalına görə, bunu yerli icra strukturlarının nümayəndələri ediblər.Çəpərin ümumi uzunluğu 600 metrdir.“Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, prokurorluğa, Dairə Seçki Komissiyasına və MSK-ya şikayət edəcəyik. Bu mənə təzyiqdir, seçicilərə qarşı cinayətdir”, – deyə Dadaş Əhmədli bildirib.Müsavatın namizədinin əsas rəqibi deputat Zahid Orucdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.