Azərbaycanın erməni xalq artistləri

14-07-2014, 13:23   
Vahid sovet dövlətinin tərkibində yaşayarkən Azərbaycan və Ermənistan müttəfiq respublikaları əməkdaşlıq etmək məcburiyyətindəydi. Dağlıq Qarabağda sepratizmin vüsət almasına qədər iki ölkə sənətkarları qarşılıqlı səfərlər, qasrtol turları keçirirdilər. Onlar buna görə ədəbi adları, mükafatlarla təltif olunurdular.
Bu sırada Azərbaycana gələrək, suyumuzdan içib, çörəyimizdən yemiş və üstəlik də “Azərbaycan SSR-in xalq artisti” fəxri adını almış nankor erməni sənət adamları daha çoxdur.

Modern.az saytı “Azərbaycan SSR-in xalq artisti” fəxri adı almış erməni mənşəli incəsənət xadimlərinin siyahısını təqdim edir.

Abelyan Ovanes – 1932-ci ildə Azərbaycan SSR xalq artistidir. 1865-ci il noyabrın 4-də Şamaxıda anadan olub. Uzun illər Bakı Erməni teatrında səhnə alıb.

Qriqoryan Mariya İosifovna – 1935-c ildən Azərbaycan SSR xalq artistidir. 1894-cü il iyunun 19-da anadan olub. Bakı və Tiflis teatrlarında aktisa kimi çıxış edib.

Papazyan Vaqram Homeroviç - 1935-ci ildə Azərbaycan SSR-in xalq artisti adını alıb. 1888-ci il yanvarın 6-da İstanbul şəhərində anadan olub. Tbilisi, Bakı, İstanbul və Leninqrad (Sankt-Peterburq) şəhərlərindəki teatrlarda aktyor kimi çoxsaylı obrazlar yaradıb. 1968-ci il iyunun 5-də Leninqradda vəfat edib.

Arutunyan Xoren Oqanesoviç – 1943-cü ildə Azərbaycanın xalq artisti adını alıb. 1891-ci ldə anadan olub. Bakı, Yerevan, Tbilisi və Gümrü teatrlarında aktyorluq edib. 1950-ci ildə vəfat edib.

Arzumanyan Arkadi Nikolayeviç – 1954-cü ildə Azərbaycan SSR xalq artisti adını alıb. 1898-ci il mayın 5-də Şuşada anadan olub. Bakı, Tbilisi və Xankəndi teatrlarında aktyorluq edib. 1956-cı ildən Leninakan (Gümrü) teatrında çalışmağa başlayıb. Arkadi Arzumanyan 1985-ci ildə ölüb.

Arzumanyan Artaşes Nikolayeviç – 1954-cü ildə Azərbaycan SSRİ Xalq artisti. 1898-ci il mayın 17-də Şuşada anadan olub. Bakı, Xankəndi və Gümrü teatrlarında aktyor kimi fəaliyyət göstərib. Repertuarında Cəfər Cabbarlının “1905-ci ildə” əsərindəki Salamov obrazı xüsusən məşhur olub. 1985-ci ildə vəfat edib.

Arutunyan Qurgen Mixayloviç – 1955-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülüb. O, 1905-ci il iyunun 22-də Gəncə şəhərində anadan olub. Qurgen Arutunyan 1929-1949-cu illərdə Bakı Erməni teatında, 1949-1971-ci illərdə isə Xankəndi Dövlət teatrındakı tamaşalarda aktyor kimi çıxış edib. 1973-cü ildə dünyasını dəyişib.

Koqranyan Mixail Aleksandroviç – 1960-cı ildə Azərbaycan SSR xalq artisti adını alıb. 1907-ci il mayın 16-da Gəncədə andan olub. Teatr aktyoru vəı rejissoru kimi Bakı və Xankəndində çalışıb. 1974-cü ildə dünyasını dəyişib.

Osepyan Nina Ovanesovna – 1962-ci ildə Azərbaycan Xalq artisti adına layiq görülüb. O 1913-cü il aprelin 14-də Bakıda anadan olub və uzun illər Xankəndi Dövlər Dram teatrının aktirsası olub. Nina Osepyan 1977-ci il noyabrın 19-da Xankəndində vəfat edib.

Petrosyan Avak Qeqamoviç – 1962-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adı verilib. 1912-ci il martın 29-da Ermənistanın Abovyan rayonun Gəmrəz kəndidə doğulub. 1941-ci ildən Yerevan Opera və Balet teatrının solisti olub. Ermənilər öz aləmlərində Petrosyanı Üzeyir Hacıbəyovun “Koroğlu” operasının ən yaxşı ifaçısı iddia edirlər.

Adamov Konstantin Haykoviç – 1972-ci ildə Azərbaycan SSR xalq artisi, Azərbaycan SSR Dövlət Mükafatının laureatına layiq görülüb. 1923-cü il avqustun 15-də Bakıda anadan olub. Uzun illər boyu Səməd Vurğun adına Azərbaycan Rus Dram Teartrının aparıcı aktyoru olub.

Xaçaturyan Aram İliç – 1973-cü ildə Azərbaycan SSR xalq artisti fəxri mükafatına layiq görülüb. Bəstəkar kimi Aram Xaçaturyan (1903-1978) SSRİ xalq artisti, 4 dəfə Stalin mükafatı laureatı (1941,1943,1946,1950) olub, Ermənistan SSR Dövlət himnin müəllifidir (1944).

Ovçiyan Beniamin Afanasyeviç – 1973-cü ildə Azərbnaycan xalq artisti adını alıb. 1918-ci il noyabrın 28-də andan olub. Xankəni Dram Teatrının və bır sıra filmlərin aktyoru olub. 2005-ci ildə vəfat edib.

Qevorkyan Zinavor Simonoviç – 1979-cu ildə Azərbaycan Xalq artisti adını qazanıb. 1920-ci ildə anadan olub. 1937-cildən Xankəndi Dram teartının aktyoru, 1976-1986-cı illərdə isə teartın direktoru olub.

Alaverdyan Narui İsaakovna – 1982-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülüb. 1941-ci ildə Xankəndində anadan olub. 1958-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Mahnı və Rəqs Ansamblının solisti olub. 1978-ci ildən isə “Qarabağ” estrada ansamblının solisti kimi çıxış edib. Hal-hazırda sağdır.

Narek Qriqoryan - tanınmış tarzən və Azərbaycan SSR xalq artistidir. Azərbaycan Dövlət Filarmoniyasında çalışıb və sovet dövrününü bir çox aparıcı müğənnilərini müşayiət edib.

Adam Qaribyan – opera müğənnisi və Azərbaycan SSR xalq artistidir. 60-70-ci illərdə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solisti olub. Səhnədə 40-dan artıq obraz yaradıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar