Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azad Salmanovun həbsi barədə maraqlı məlumatlar dolaşır. ANAXEBER.info xəbər verir ki, bu həbs icra başçısı Vidadi İsayevin özünü sığortalamaq cəhdidir. Məlumat üçün deyək ki, Azad Salmanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rayon daxilində səyyar formada kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsinə icazə üçün müraciət etmiş ayrı-ayrı şəxslərə arayışlar təqdim edərkən qanunsuz hərəkətlərə yol verməsinə şübhələr müəyyən edilib. O, Vidadi İsayevin əmri ilə işədn çıxarılıb və Bərdə rayon Prokurorluğunda barəsində toplanmış materiallarla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Maraqlıdır ki, Azad Salmanov barədə Bərdə rayon Prokurorluğuna yerli icra hakimiyyətindən müraciət daxil olub. Bu halda icra nümayəndəsini faktiki olaraq Vidadi İsayevin həbs etdirdiyini düşünmək olar. Hər halda icra hakimiyyətinin hansısa əməkdaşının Vidadi İsayevdən xəbərsiz, yaxud onun tapşırığı olmadan icra başçısının yerlərlərdəki nümayəndələri, o cümlədən Azad Salmanzadə barədə prokurorluğa müraciət etməsi inandırıcı görünmür. Rayonda dolaşan məlumatlarda da iddia edilir ki, icra nümayəndəsinin həbsini Vidadi İsyev təşkil edib. Doğrudur, Azad Salmanzadə “aydan arı sudan duru deyil”. Amma bu ifadə Bərdənin digər məmurları, ələxsus Vidadi İsayev üçün də keçərlidir. Rayonda dolaşan məlumatlarda iddia edilir ki, bu həbs əslində icra başçısının özünü və yaxın ətrafını qoruma instiktinin təzahürüdür.Bəllidir ki, Prezident İlham Əliyevin elan etdiyi islahatlar kampaniyasına zidd fəaliyyət göstərən məmurların cəzalandırılmasına start verilib. Artıq Dövlət Təhlükəsizlik Xidməti (DTX) 3 rayonda – Ağstafa, Neftçala və Biləsuvarda xüsusi əməliyyat keçirib. Əməliyyatlar nəticəsində adiçəkilən rayonların icra başçıları və digər vəzifəli şəxslər həbs edilib. Bu həbslər hazırda ictimai-siyasi sferada ən çox müzakirə edilən mövzudur. Müzakirələrin ana xəttini isə prosesin davam etdirilməsi təşkil edir və bir sıra rayonların yerli rəhbərliyinin də cəzalandırılmasının zəruriliyi vurğulanır. Bu sırada Bərdənin də adı çəkilir. Nəzərə alsaq ki, Vidadi İsayev rayona rəhbrəlik etməyə başlayandan indiyə qədər mediada kəskin tənqid olunur. Onun qanunsuz əməlləri barədə dəfələrlə yazılıb. Hətta Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Vidadi İsayevi Bərdədə ciddi narazılıq yaratmaqda ittiham edib.Vidadi İsayev də baş verənlərin fərqindədir. Ona görə də özünü sığortalamaq üçün icra nümayəndəsini qurban verməyi düşünüb. Bu tryukun onu məsuliyyətdən qurtarıb-qurtarmayacağını isə zaman göstərəcək.
ANAXEBER.info