Vladimir Putinin Konstitusiyaya təklif etdiyi düzəlişləri dəstəkləyən və dəstəkləməyən rusiyalıların faizi eynidir, lakin prezidentlik müddətlərinin “sıfırlanması” təklifini rusiyalıların dörddə üçü dəstəkləməyib.
Sergei Belanovsky-nin sosioloqlar qrupunun telefonla apardığı sorğudan belə nəticə alınıb.
Sorğunun nəticələrinə görə düzəlişlərin leyhinə və əleyhinə olanların faizi müvafiq olaraq 28 və 32-dir.
Sorğu bunu da göstərib ki, səsvermədə rusiyalıların 60 faizi iştirak etmək istəyir.
Sorğu nəticələrindən bəlli olub ki, Rusiya prezidentinin və hökumətinin səalihiyyətlərinin artırılmasını istəyənlər azlıqda qalır.
Müddətlərin “sıfırlanmasını” 24 faiz dəstəkləyir
Düzəlişlərdən yalnız birinə – Rusiya qanunvericiliyinin beynəlxalq qanunvericilikdən yüksək tutulması barədə müddəaya respondentlərin 64 faizi tərəfdar olub.
Bu kateqoqiyaya aid olan başqa düzəlişləri respondentlərin 41 faizindən 19 faizinədək dəstəkləyib.
Amma hazırkı prezidentin müddətlərinin “sıfırlanmasını” respondentlərin yalnız 24 faizi dəstəkləyib. Onların 76 faizi Putinin indiyədək keçirdiyi prezidentlik müddətlərinin ləğvi əleyhinə çıxıb.
Belanovsky 2011-2012-ci illərdə hakimiyyətə qarşı etirazların olacağını düzgün proqnozlaşdırmaqla məşhurlaşıb.
İndi isə Belanovsky-nin qrupu bu ilin 18-24 iyun tarixlərində sorğu keçirib.
Bu sorğunun maliyyələşdirilməsi Rusiya vətəndaşlarının könüllü ianələri ilə həyata keçirilib.
Sorğunu telefonla BCG zəng mərkəzi keçirib.
Sorğuda 1267 nəfərin rəyi öyrənilib.
Nəticə onsuz da əvvəlcədən bəllidir
Konstitusiya düzəlişlərini dəstəkləyənlərin 48 faizi “prezidentimizin bütün qərarlarını dəstəkləyirəm” motivini səsləndirib. Daha 40 faiz düzəlişləri bəyəndiyini bildirib.
Dəyişiklikləri dəstəkləyənlərin yalnız 30 faizi Putinin prezidentlik müddətlərinin “sıfırlanmasına” dəstək verib.
Dəyişikliklərin əleyhinə səs verənlərin 63 faizi “bəzi düzəlişləri bəyənmirəm” motivini verib.
Respondentlərin 58 faizi “müddətlərin sıfırlanması əleyhinəyəm” deyib.
Səsvermədə iştirak etmək istəmədiyini bildirənlərin 55 faizi deyib ki, nəticə onsuz da əvvəcəldən bəllidir. Daha 35 faiz səsverməni boykot etdiyini deyib.
Rəy sorğusunu keçirən sosioloqlar qrupu bildirib ki, reallıqda bu dəyişiklikləri səsvermədən keçirmək çətin olmalıydı, çünki bunun əleyhinə olanları pay faizi olduqca yüksəkdir.
Onların fikrincə, prezidentlik müddətlərinin “sıfırlanması” isə ümumiyyətlə minimum tələbi təmin etməyə bilərdi.
Sosioloqlar deyirlər ki, düzəlişlər topası ilə səs qoyulmasaydı, bu maddə heç cür keçə bilməzdi. Bu maddə Vladimir Putinə 2036-cı ildək prezidentlik etmək imkanı verir.
Rusiyada Konstitusiya düzəlişlərinə səsvermə həftə ərzində keçirilir.
Əsas səsvermə günü iyulun 1-dir. Həmin gün bazar günü elan edilib.
Rəsmi məlumatlara görə ötən dörd gün ərzində səsverməyə elektoratın 37, 2 faizi gəlib.
Ümumilikdə 40 miyon seçicinin səs verdiyi bildirilir.
Azadlıq radiosu