"Gedin, sizi 10 min verdiyiniz müğənnilər müalicə eləsin" - "Semaşko"nun həkimi

7-07-2020, 18:48   


"Gedin, sizi 10 min verdiyiniz müğənnilər müalicə eləsin" - "Semaşko"nun həkimi

Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 33 həkim COVID-19-a yoluxub.
Cebhe.info xəbər verir ki, koronavirusa yoluxan ATU Cərrahiyyə Klinikasının həkimi Etibar Abbasov məsələ ilə bağlı öz "Facebook" səhifəsində status yazıb:
“ATU Tədris Cərrahiyyə klinikasının Reanimasiya şöbəsinin mən də daxil olmaqla 21 personalı COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Biz tükənmişik deyəndə siz zarafat sanırdınız. Artıq reanimasyon xəstələrə baxan bir personal yoxdur. İndi gedin sizi hər uğurunda 100000-lər alan idmançılar, toyunuza “əşi bir dəfə toy edirik” təsəllisi ilə 10000-lər verib çağırdığınız müğənnilər və bu kimi sağlamlığınıza qıymadığınız pulu çox rahatlıqla aparıb verdiyiniz insanlar müalicə etsin.
(P.s: Dərdimiz nə puldu nə də başqa maddi bir şey. sizlərdən hansısa dəyər gözləməkdən də keçmişik. Sadəcə danışanda başınızdan böyük sözlər danışmıyın. Özünüzü qoruyun, Allaha əmanət olun.)”.
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.