İqor Subbotin“Nezavisimaya qazeta”, 08.06.2020 ABŞ Pentaqonun Suriya və İraqdakı neft yataqlarını nəzarətində saxlamaq üçün federal büdcə vəsaitlərini xərcləməsini qanuni şəkildə qadağan etmək istəyir. Müvafiq təkliflər ABŞ-ın 2021-ci maliyyə ili üçün büdcə layihəsində yer alıb. Buna baxmayaraq, Kapitoli Təpəsində İŞİD-in yenidən doğulmaması üçün yerli qüvvələrin maliyyələşdirilməsini davam etdirmə təklif olunur.“Təşəbbüs ABŞ-ın İraq və ya Suriyanın hər hansı bir neft ehtiyatlarına nəzarəti həyata keçirməsini qadağan edir”, -Konqresin Təsisatlar Komitəsinin saytında dərc edilmiş mətndə belə deyilir.
Eyni zamanda, qanun layihəsində xarici təhlükəsizlik xidmətlərinə, qeyri-rəsmi silahlı qruplara,
İraq və Suriyada İŞİD-lə mübarizədə iştirak edən şəxslərə dəstək üçün 700 milyon dollar vəsait nəzərdə tutulur. Bu vəsait, məsələn, peşmərgə, İraq təhlükəsizlik qüvvələri və çoxmillətli “Suriya Demokratik Qüvvələri” koalisiyasını dəstəkləmək üçündür.
Eyni zamanda, qanunvericilər beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarına təxminən 1,14 milyard dollar sərmayə qoymağı təklif edirlər. O cümlədən, bu təşəbbüsə əsasən,
150 milyon dollar – Baltikyanı ölkələrin təhlükəsizliyini təmin etməyə, 160 milyon – Afrikadakı proqramlara, 130 milyon – Mərkəzi və Cənubi Amerika dövlətlərinə dəstəyə, 105 milyon – “İordaniya ilə proqramlara” yönəldilə bilər.
Əfqanıstan təhlükəsizlik qüvvələrinə “insan haqlarını, qadın hüquqlarını qoruyan və terrorçuların Əfqanıstandan istifadə etməsinin qarşısını alan bir nümayəndəli mülki hökumət tərəfindən nəzarət altına alınması” şərti ilə, təxminən 3 milyard dollar xərclənməlidir.
Bundan əlavə, büdcə layihəsində
Əfqanıstan və ya İraq ərazisindəki daimi hərbi bazaların inşası, nüvə silahlarının “lazımsız sınaqları” üçün vəsait ayrılması, “F-35” qırıcılarının Türkiyəyə təhvil verilməsi, “Amerika texnologiyalarının Rusiya raket sisteminin təsirinin qarşısını almaq üçün” vəsait nəzərdə tutulur.
Maraqlıdır ki, konqresmenlərin təşəbbüsü, Əfqanlararası barışığı stimullaşdırmaq istisna olmaqla, “Taliban” üçün vəsait ayrılmasına tabu qoyur.
Qanun layihəsi hələ Nümayəndələr Palatasında və Senatda çətin təsdiqləmə prosesindən keçməlidir.
Amerikalı konqresmenlərin İraq və Suriyanın neft bölgələrində birbaşa hərbi iştirakının maliyyələşdirilməsini qadağan etmək istəyini şərh edən Vaşinqtondakı
Yaxın Şərq İnstitutunun (MEI) dəvət olunmuş tədqiqatçısı, Rusiya Xarici İşlər Şurasının eksperti Anton Mordasov “NQ”-yə deyib: “İraqla hər şey aydındır: bütün Pentaqon obyektləri və CIA İraq Kürdüstanında cəmləşib. Burada çox sayda yerli və yarıqərb özəl təhlükəsizlik şirkətləri olduğundan təhlükəsizlik problemləri yoxdur. Suriyaya gəldikdə, ABŞ-ın mövqeyindəki əsas qüsur ölkənin şimal-şərq hissəsində tənzimlənməmiş mövcudluq siyasətidir.
2018-ci ildə Vaşinqton irəliləyən qeyri-rəsmi oyunçulara hücum etməyə hazır olduğunu göstərib. Ancaq Türkiyə və Rusiyanın mövcud ərazini daraltmağa, kürdlərə təzyiq göstərməyə, qəbilələrin hökumətyönlü nümayəndələrini fəallaşdırmağa və yardımı birbaşa hər hansı bir müxalifətə verilməsini qadağan etməyə çalışan bir vəziyyət var. Bununla əlaqədar olaraq, ABŞ-ın özünü neft yataqlarının qorunmasından uzaqlaşdırmaq istəməsi xəbəri mövcudluğun daha da minimuma endirilməsinin sübutu kimi qəbul edilir”.
Lakin hazırda
ABŞ ordusu Suriyanın şərqində yeni qalalar yaradır və qüvvəyə minən “Sezar qanunu” Dəməşqə neft satmaqda davam edən kürdlərin mövqeyini gücləndirib. “ABŞ sadəcə, yerli marşrutlar boyunca neft ticarətində yerli insanlara dəstək olmaq və qanunsuz neft ticarəti ilə bağlı açıq ittihamların qarşısını almaq istəyir. ABŞ Kürdüstan Fəhlə Partiyasından və qəbilələrdən bir qədər uzaqlaşan kürdlərə himayədarlıq etməyə davam edərsə, hökumətyönlü qüvvələrin onları öz tərəflərinə çəkməsi çətin olacaq, onlar muxtar bir varlıq imkanından sonadək ikiəlli yapışacaqlar”.
Mardasov Amerika kontingentinin bölgədən çıxması vəziyyətində, avropalılara və Körfəz ölkələrinə güvənərək Suriyanın bu bölgəsində muxtariyət ehtimalının olduğunu söyləyib. Bununla birlikdə, digər oyunçular üçün mövqelərinin daha az əhəmiyyətli olma riski var.
İraqda və Suriyada İŞİD-in qalması qorxusu başa düşüləndir. Bir ay əvvəl
Dövlət Departamentinin dünyadakı terrorizmlə əlaqəli hesabatında
“xilafət” in hazırda 11-dən 18 minə qədər aktiv yaraqlısı olduğu söylənib. Qrupun maliyyələşdirilməsi “İraq və Suriyadakı cinayətkar fəaliyyət vasitəsilə həyata keçirilir”.
Bundan əlavə, İŞİD “2013-2019-cu illərdə bir neçə yüz milyon dolları mənimsəyib və indi İraq və Suriyada səpələnib”.
Məruzə müəllifləri bu qrupun Afrikada maliyyə və logistika mərkəzlərini, hətta Pakistan və Hindistanda iki yeni filial qurduğunu iddia ediblər.
Tərcümə: Strateq.az