Oxfam xəbərdarlıq edir: "minlərlə şəxs aclıqdan ölə bilər". Melania Trump-ın taxta heykəli niyə yandırılıb? Serbiyada etirazçılarla polis arasında toqquşma olub

10-07-2020, 10:03   


bu gün dünyaSAVE THE CHILDREN
Şəklin alt yazısı,İllərlə davam edən müharibə nəticəsində Yəməndə uzun müddətdir qida çatışmazlığı yaşanır
Oxfam xəbərdarlıq edir: "minlərlə şəxs aclıqdan ölə bilər", Serbiya Prezidenti Alexander Vucic iki gündür davam edən etiraz aksiyalarında xarici xüsusi xidmət orqanlarını ittiham edir, Melania Trump-ın taxta heykəli ana vətənində yandırılıb, ABŞ prezidenti haqqında qardaşı qızının yazdığı kitabda hansı iddialar əks olunub?- Bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Oxfam təşkilatı gün ərzində 12 min nəfərin xəstəlikdən yox, sadəcə aclıqdan ölə biləcəyini bildirir.

Təşkilatın hesabatında aclığın tüğyan etdiyi deyilən 10 ölkə Yəmən, Konqo Demokratik Respublikası və Əfqanıstan, Venesuela, Qərbi Afrika sahili, Efiopiya, Cənubi Sudan, Suriya və Haitidir.

Serbiya: prezident etirazların arxasında "xarici barmaq" axtarır

BelqradAFP
Serbiyanın paytaxtı Belqradda parlamentin qarşısında ikincü gündür ki, etiraz aksiyası keçirilir və polislə toqquşma baş verib.
Serbiya Prezidenti Alexander Vucic xarici xüsusi xidmət orqanlarını iğtişaşlarda iştirak etməkdə günahlandırıb və Rusiya səfiri ilə görüşünü ləğv edib.
Görüşün ləğv edilməsinin toqquşmalarla bağlı olub-olmaması bəlli deyil, amma bəzi yerli siyasətçilər etirazların xarici xüsusi xidmət orqanlarının təşkili ilə bağlı rəsmi açıqlanması ilə Rusiya səfiri ilə görüşün ləğvinin eyni vaxta düşməsi arasında paralellik aparırlar.
Aksiyaçılar Prezidentin ölkədə yenidən karantin rejimi elan etməsinə etiraz etdiklərini bildirirlər.
Amma aksiyada pandemiya ilə əlaqəli olmayan siyasi, - xüsusən də Serbiyadan Kosovanın parçalanması mövzusunda şüarlar səsləndirilib.
Bür müddət öncə Serbiya sərt karantin rejimini yumşaltmış, hətta ölkədə seçki, futbol oyunları keçirilmişdi.
Yerli politoloq Vuk Velebit BBC-yə deyib ki, aksiyada iştirak edənlərin əksəriyyəti dinc vətəndaşlardır:
"Bu ekstremist qruplar küçələrə çıxan insanların çox kiçik bir hissəsini təşkil etdi. Hətta deyərdim ki, 99 faiz tamamilə qarşıdurma istəməyən dinc vətəndaşlar idi ... vətəndaş fəallar, qərbyönlü, avropalı. Ancaq polisin necə vəhşicəsinə hərəkət etdiyini görəndə əsəbiləşdilər".
O, "seçki bitən kimi birdən vəziyyətin dəyişdiyini" düşünür: "Birdən karantin geri döndü. Nəticədə insanlar hakimiyyətə inanmır və həkimlərə artıq inanmır, bu xüsusilə təhlükəlidir".
Prezident Alexander Vucic isə deyir ki, aksiyaya toplaşanlar koronavirusdan başqa hər şeydən danışıblar: "Bu insanlar koronavirus haqqında danışmadılar: bir növ xəyanət, mühacirlər haqqında, 5G şəbəkəsi və Yerin düz olması haqqında danışdılar. Və bu insanlar ilk dəfə orada deyildilər, sadəcə bu dəfə daha aqressiv idilər,"- Balkan Insigh nəşri prezidentə istinadən xəbər verir.
Rəsmilərin məlumatına görə, koronavirusa yoluxma ilə bağlı 17 mindən çox aşkarlanma var, 300-dən çox ölüm var.

Melania TrumpREUTERS

Melania Trump-ln taxta heykəli niyə yandırılıb?

ABŞ-ın birinci ledisi Melania Trump-ın ona öz vətənində qoyulmuş taxta heykəlin yandırıldığı bildirilir.
Heykəlin amerikalı müəllifi Brad Downey-ə görə, bu yanğınla ABŞ-ın 4 iyul Müstəqillik Günü hədəfə alınıb.
Heykəl növbəti gün götürülüb. Polis Reuters-ə bildirib ki, araşdırma aparılır.
Ağ Ev şərh xahişinə reaksiya verməyib.
Heykəldə Melania Trump ərinin prezident kimi andiçmə mərasimində geydiyi mavi paltarda təsvir olunub.
Bəziləri hesab edirdilər ki, bu heykəl Melania-ya çox bənzəmir.
ABŞ-ın birinci ledisi Sloveniyada doğulub və 1990-cı illərdə ABŞ-a miqrasiya edib.
Brad Downey Reuters-ə deyib ki, o, heykəli kimin yandırdığını və niyə hədəfə alındığını anlamağa çalışır.
O, heykəlin ABŞ-dakı siyasi vəziyyət, o cümlədən immiqrasiya ilə bağlı mübahisələrə dair bir dialoq açacağına ümid etdiyini söyləyib.
TRUMPTRUMP CAMPAİGN
Şəklin alt yazısı,ABŞ prezidenti Donald Trump qardaş-bacısı ilə

Mery Trump-ın prezident əmisi haqqında yazdığı kitabda nələr var?

ABŞ prezidenti Donald Trump-ın qardaşı qızı Mary Trump əmisi ilə bağlı diqqətəlayiq iddiaları özündə cəmləşdirən "Daha çox və heç vaxt yetməyən: Ailəm dünyanın ən təhlükəli İnsanını necə yaratdı" adlı kitabını 14 iyulda yayımlamağı planlaşdırır.
Mary Trump əmisinin yenidən seçilməsinin "Amerika demokratiyasının sonu olacağını" söyləyir və buna görə kitabı yazmağa qərar verdiyini deyir.

Trump ailəsi kitabın çapına mane olmaq üçün məhkəmə iddiası qaldırıb və kitabdakı iddiaları rədd etdiklərini açıqlayıb.
Kitabda bəzi iddialar bunlardır:
ABŞ Prezidenti Donald Trump Pensilvaniya Universitetindəki nüfuzlu Wharton Biznes Məktəbini bitirdiyini qürurla elan edir.
Ancaq Mary Trump-a görə, əmisi ora girməyə layiq deyildi:
"Donaldın sinifi ən yaxşısı ilə müqayisədə çox aşağı idi və buna görə kollecə girə bilməyəcəyindən narahat idi.
"Şansını artırmaq üçün ağıllı və sınaqlarda müvəffəq olduğu bilinən Joe Shapiro'nu öz yerinə imtahanlara göndərdi.
"Fotolu şəxsiyyət vəsiqəsinin və kompüter qeydlərinin olmadığı bir dövrdə kiminsə sənin əvəzindən imtahana girmək daha asan idi".
Mary Trump əmisinin qadınlara qarşı münasibətindən də yazır.
Onun iddiasına görə, 1999-cu ildə Floridada əmisi onu çimərlik geyimində görəndə "Vay, məmələrin nə qədər olub" deyib, o vaxt Trump-ın həyat yoldaşı olan Marla Maples isə "şok içində" ərinin qouluna vurub:
"29 yaşındaydım, o dəqiqə utanan biri deyildim. Buna rəğmən üzüm qızardı və dəsmalımı çiynimə çəkdim".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.