Nazir və deputatın balaları niyə ölmür? – Əsgər meyiti gətirilən kənd qarışdı (VİDEO)
10-07-2020, 13:04
PAYLAŞ 0
Sosial şəbəkələrdə Quba rayonunun Üçgün kəndində çəkilmiş və Dövlət Sərhəd Xidməti əməkdaşları ilə kənd sakinləri arasında mübahisənin görüntüləri yayılıb… Mübahisəyə səbəbin kənd sakini və DSX-nin əsgəri Fərdi adlı gəncin ölümü olduğu iddia edilir. Bildirilir ki, meyiti gətirən rəsmilər onu birbaşa qəbristanlığa aparılaraq dəfn etmək istəyiblər. Əsgərin ölüm səbəbi kimi isə çayda boğulmasını göstəriblər. Lakin mərhumun valideynləri buna imkan verməyib. Meyitə baxış zamanı isə gicgahında güllə yarası va yarılma aşkarlandığı iddia olunur. Məlumata görə, ölən əsgərin xidməti başa vurmasına 3 aydan da az baxt qalıbmış. Məsələ ilə bağlı DSX ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən olmadı. Quba Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Rəsul Bayramov isə bildirib ki, onda məsələnin təfərrüatı barədə məlumat yoxdur: “Bizim hərbçimizin Zaqatalada çayda boğularaq dəfn olunması haqqında məlumatımız var. Təfərrüatları barədə və vurulması ilə bağlı iddialar barədə məlumatım yoxdur”.(yeniavaz.com)