İqbal Ağazadə döyüşmək üçün müraciət etdi

16-07-2020, 12:27   


Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmək üçün aidiyyəti qurumlara müraciət edib. ANAXEBER.info xəbər verir ki, bu barədə partiya sədrinin özü bildirib. “Könüllü döyüşə getmək üçün aidiyyatı qurumda rəsmi qeydiyyatdan keçdim”, - deyə İqbal Ağazadə qeyd edib.  O, bununla bağlı sosial şəbəkədə də paylaşım edib. İqbal Ağazadə Qarabağ mövzusunda güzəştsiz mövqeyi ilə tanınan siyasətçilərdəndir. O, işğal olunmuş ərazilərin hərbi yolla azad edilməsi, bu məsələdə düşmə hansısa güzəştlərin olunmamasının tərəfdarıdır. Ümid sədri 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar