Büdcədə nəzərdə tutulan məbləğ uşaqların müavinətinə çatmayacaq - Ekspert

19-08-2020, 12:49   
Büdcədə nəzərdə tutulan məbləğ uşaqların müavinətinə çatmayacaq - Ekspert


"Yeni doğulan uşaqlara verməyə pul qalmayıb”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il büdcəsində də dəyişiklik edilib:
 

"DSMF-nin cari il büdcəsində uşağın anadan olmasına görə müavinət üçün cəmi 9 900 000 (doqquz milyon doqquz yüz min) manat nəzərdə tutulur. Nəzərə alsaq ki, uşağın anadan olmasına görə müavinətin məbləği 1 aprel 2019-cu il tarixdən 200 (iki yüz) manat müəyyən edilib. Belə olan halda bu ilin büdcəsində nəzərdə tutulan məbləğ 200 manatdan hesablayanda 49 500 yeni doğulan uşağa çatır. Dövlət Statistika Komitəsinin 2020-ci ilin yanvar-iyun aylarında açıqladığı demoqrafik məlumata görə, ölkədə 59 356 nəfər doğulub. Heç şübhəsiz ki, ilin ikinci yarsında da təxminən bu qədər uşaq doğulacaq. Bu isə DSMF-nin büdcəsində bu il üçün nəzərdə tutulan məbləğin 2 dəfə artırılmasını tələb edir”.
Qubad İbadoğlu deyib ki, hazırkı büdcədə nəzərdə tutulan məbləğ 49 500 uşağa çatdığından bu saydan çox olan uşaqlara 200 manatlıq birdəfəlik uşaq pulunun hansı mənbədən ödəniləcəyi bilinmir:
"Hamiləliyə və doğuma, həmçinin uşağa qulluğa görə müavinət də doğum sayından asılı müavinət növləridir. Bu növ müavinət məbləğləri üçün də uyğun vəsait nəzərdə tutulmayıb.
Görünən odur ki, yeni doğulan uşaqlara birdəfəlik ödənişi vaxtında verməyə də vəsait çatmayacaq”.
Bahar Rüstəmli
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.