Azərbaycanlılar və yəhudiləri nə birləşdirir? – Alimdən sensasion iddia

7-11-2020, 19:16   


0
“Azərbaycanla İsraili genetik qan qohumluğu bağlayır”.
Turkustan.info xəbər verir ki, bunu tarixçi-alim Dilavər Əzimli deyib.
Tarixçi yəhudi və azərbaycanlılar arasındakı bağlara diqqət çəkib: “İsrail-Azərbaycan münasibətlərinə dair tədqiqatçı Frenkelin dedikləri ilə tam razıyam. Bizi birləşdirən həm də xəzərlər məsələsidir. Xəzərlərin böyük hissəsi iudaizmi qəbul edib yəhudiləşdilər. Bu gün İsrailin əsas əhalisi xəzərlərdir.
Baxın, çox sayda ağbənizli yəhudilər var, onlar Xəzər kökənlidirlər. Xəzərlər də bizim babalarımızdır. O zaman Xəzər imperiyasında əsas dini dünyagörüs Tanrıçılıq idi. Türklər tarix boyu Təktanrılı dinlərə sayğı ilə yanaşıblar. Buna görə də o zaman İudaizmi asanlıqla qəbul ediblər.
Xəzərlər üçün bu din həm də imperiya olmaq üçün vacib idi. Çünki Bizans Xristian, Ərəb xilafəti də İslam dininə söykənirdi. O zaman İslam peyğəmbərinə qarşı çıxan yəhudilər isə ərəb mənşəli idilər. Yəni İudaizmi qəbul etmiş ərəblər idi”.
Dilavər Əzimli bildirib ki, İkinci Dünya Müharibəsində Hitler Almaniyasının Avropada soyqırıma məruz qoyduğu yəhudilər də xəzərlər olub:
“Xəzərlər İudaizmi qəbul etdikdən sonra savaşçı türklərdən daha çox ticarətçi türklərə çevrildilər. Bu da xüsusi öyrənilməli məsələdir. Bu sahəni bizdə öyrənənlər var, amma geniş təbliğatı hələ start götürməyib. Bu da tarixdə Avropamərkəzçilik xətti ilə bağlı olub. Xəzərləri türklərdən ayırmaq üçün dəridən-qabıqdan çıxıblar. Ərəb və fars tarixçiləri onlara dini baxımdan yanaşıb, türk sözünü işlətmənəyə çalışıblar.
Bu gün dünya tarixi, o cümlədən görkəmli yəhudi tarixçiləri xəzərlərin türk olduğunu ortaya qoyublar. Bizdə bu istiqamətdə professor Fərda Əsədovun dəyərli tədqiqatı var. Sözüm budur ki, Azərbaycanla İsraili həm də genetik qan qohumluğu bağlayır”. (teleqraf.com)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.