Koronavirusun ötürülməsini tez bir zamanda bloklayan preparat aşkarlanıb

4-12-2020, 21:40   

Alimlər koronavirusun ötürülməsini tez bir zamanda bloklayan vasitə tapıblar.
Müvafiq tədqiqatların nəticələri “Nature Microbiology” jurnalında dərc olunub.
ABŞ-ın Corciya Universitetinin mütəxəssisləri qripə qarşı effektiv olan virus əleyhinə 4482/EIDD-2801 və ya Molnupiravir preparatının SARS-CoV-2 virusuna təsirini analiz ediblər.
Heyvanlar üzərində laboratoriya tədqiqatlarının nəticəsində məlum olub ki, preparat xəstəliyin ilkin mərhələsində yüksək effektivlik göstərir. Belə ki, dərman vasitəsi orqanizmdə COVID-19 infeksiyasının ağır dərəcəyə qədər inkişafına, virusun orqanizmdə uzun müddət qalmasına imkan vermir və ilk gündən başlayaraq onun ötürülməsinin qarşısını alır(azərtac).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar