Koronavirusun yeni ştammı necə yarandı?

23-12-2020, 12:09   


Koronavirusun yeni ştammı necə yarandı?

Koronavirusun Britaniyada ortaya çıxan yeni ştammı ilə bağlə müzakirələr davam edir.
Onun hardan və necə əmələ gəlməsi bioloqları da çox düşündürür.
Cebhe.info xəbər verir ki, ABŞ-ın Corc Meyson Universitetinin professoru Anna Baranovanın fikrincə, sərhədlərin bağlanması ilə virusun yeni ştammından xilas olmaq mümkün deyil:
"Sərhədləri bağlasaq və hər kəsi karantinə salsaq, heç nə dəyişməyəcək. Biz insanları müalicə edirik, deməli, yeni virusla da qarşılaşırıq. Virus təbiətdən daha çox xəstəxanada yayılır”.

O əlavə edib ki, yeni ştammların yaranması müalicənin xüsusiyyətləri ilə bağlıdır. Anti-virus preparatlarının qəbulu virusun mutasiyaya uğramış variantını ortaya çıxarır. Virusa qarşı anti-tel yaranmış plazmanın qəbulundan sonra zəif ştammlar məhv olur, güclülər isə yenidən qayıdır: "İndiki vəziyyəti uzun müddət müalicə olunan xəstələrdə müşahidə etmək mümkündür.
Onlar müalicədən bu qalıq viruslarla çıxırlar".
Xəzər
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.