“Pfizer”in hazırladığı vaksin bir nəfərdə ağır allergiyaya səbəb oldu

24-12-2020, 12:05   


ABŞ vətəndaşı “Pfizer” şirkətinin hazırladığı peyvənddən istifadə etdikdən sonra bədənində allergiya əmələ gəlib.
Anaxeber.info “ria.ru”ya istinadən xəbər verir ki, Nyu-Yorkda 30 mindən çox peyvənd vurduran şəxs arasında ilk belə fakt qeydə alınıb.
Bildirilir ki, xəstəyə tibbi yardım göstərilib, hazırda vəziyyəti stabildir. Nyu-York Səhiyyə və Zehni Gigiyena Departamenti məsələyə münasibət bildirərək deyib ki, nadir hallarda olsa da peyvəndlərin əks təsirləri və allergik reaksiyaları olur.
ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu “Pfizer” və “BioNTech” peyvəndlərinin allergik səbəblərini araşdırır.  /Yeniavaz.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.