Xoşbəxtlikdən hələ indiyə qədər mutasiyaya uğramış COVİD-19 virusunun xəstəliyi törətməsində, xəstəliyin ağırlıq dərəcəsində elə bir dəyişiklik etdiyi müşahidə edilməyib.Axar.az xəbər verir ki, bunu
Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda yalnız virusun yoluxma sürətinin artmasından danışılır:
“Təxminən bir həftədən sonra mutasiya olunmuş bu virus haqqında daha geniş məlumatlarımız olmağa başlayacaq. Çünki bu virusun xəstəliyin daha hansı xüsusiyyətlərinə təsir etməsi ilə bağlı dərin araşdırmalar aparılmağa başlanılıb. Araşdırmalara görə, virusun digər xüsusiyyətlərində hələ bir dəyişiklik özünü göstərməyib”.