Milyarder
Bill Geyts düşünür ki, dünya gələcək pandemiyalara nəhəng qlobal hazırlıq səylərinə başlamalıdır.
Forbes jurnalının yazdığına görə Geyts deyib ki, bu səylərə elmi inkişafa milyardlarla dolların xərclənməsi, kütləvi testlər, qlobal pandemiya həyəcan sisteminin və “yoluxucu xəstəliklərə ilkin reaksiya komandasının” yaradılması daxildir.
Bill and Melinda Gates Fondunun illik məktubunda dünyanın dördüncü zəngini olan Geytslər varlı ölkələri COVID-19-dan sonrakı pandemiyalara hazırlığa kollektiv şəkildə on milyardlarla dollar xərcləməyə çağırırlar.
Geyts ümid etdiyini bildirir ki, dünya növbəti pandemiyaya qədər “meqa-diaqnostik platformalar” yarada biləcək.
Bu platformalar hər həftə qlobal əhalinin 20 faizini test etmək iqtidarında olmalıdır.
Qlobal həyəcan sistemiGeytsin fikrincə qlobal həyəcan sistemi sahə həkimlərindən qan nümunələrinin müntəzəm qaydada laboratoriyalara göndərilməsini tələb edəcək.
Əgər bu nümunələrdən yüksək yoluxuculuqlu virus və ya patogen aşkar olunarsa, onda “infeksiyalara ilkin reaksiya komandası” həmin bölgəyə göndərilməlidir.
Milyarder düşünür ki, ilkin reaksiya komandasına üç min həkim daxil olmalıdır.
Geytsin fikrincə yoluxuculara qarşı çox effektiv yeni monoklonal anticism müalicələrinin hazırlanmasına beş il vaxt lazım gələ bilər.
O mitoxondri RNT-sinə əsaslanan vaksinlərə daha çox güvəndiyini bildirir.
Geyts yazır:
“Ötənilki çətinliklərin bir daha baş verməsinin qarşısını almaq üçün pandemiyaya hazırlığa müharibə təhlükəsinə hazırlıq qədər ciddi yanaşılmalıdır”.Qəsd nəzəriyyəsinin qəhrəmanıForbes yazır ki, Microsoft şirkətindən qazandığı varidatla 1997-ci ildə yaratdığı Bill and Melinda Gates Fondu ilə Bill Geyts koronavirusa qarşı mübarizəyə çox da reklam olunmayan dəstək verir.
Məsələn, fond Moderna və AstraZeneca vaksinlərinin yaradılmasına, habelə COVID-19-un müalicəsi üsullarının araşdırılmasına böyük maliyyə dəstəyi verib.
Geyts indiyədək COVID-19 virusuna dair əsassız qəsd nəzəriyyələrinin mərkəzi fiquruna çevrilib.
2015-ci ildə etdiyi çıxışlarından birində Geyts xəbərdarlıq etmişdi ki, dünya Eboladan sonra daha bir pandemiyaya hazır deyil.
O həmin vaxt demişdi:
“Əgər növbəti bir neçə ildə nəsə 10 milyon insanı öldürsə, bu, ən böyük ehtimalla müharibə yox, son dərəcə yoluxucu virus olacaq. Bunun bir səbəbi də odur ki, biz nüvə silahı çəkindiricilərinə nəhəng pullar xərcləsək də, hər hansı epidemiyanı dayandırmaq sisteminə çox az vəsait qoymuşuq”.anaxeber.info