Şuşaya atılan “İsgəndər”: Trofimçukdan önəmli şərh - Video

2-04-2021, 12:39   




09:00
“İsgəndər” raketləri haqda o qədər fərqli ehtimallar var ki, bunun sonu görünmür.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk Şuşada İsgəndər-M raketlərinin partlamış qalıqlarının tapılması barədə fakta münasibət bildirərkən deyib.
Politoloq suala birbaşa cavab verməsə də, bu prosesin günahkarı və təşəbbüskarının Ermənistanın Baş naziri Paşinyan olduğunu deyib:
“Onun “İsgəndər” raketləri ilə bağlı dediyi sözlər Qarabağ müharibəsindən sonra deyil, əvvəllər söylənsəydi, onların bir dəyəri olardı. İndiki halda bu sözlər öz məğlubiyyətinin günahını başqasının ayağına yazmaq cəhdindən başqa bir şey deyil”.
Ekspert Rusiyanın arsenalında olan və başqa dövlətə satılması qadağan olunan İsgəndər-M raketinin partlamış qalığının Şuşada necə peyda olması barədə bildirib ki, bu, “Buk” müzakirələrinə bənzəyir:
“Ümumilikdə, Rusiya raket sistemlərinin modifikasiyasının təhlili 2014-cü ilin yayında Donbas səmalarında baş verən hadisələrdən sonra mediada fəal şəkildə müzakirə olunan Rusiya “Buk”unun xüsusiyyətlərinin təhlili məsələsini xatırladır (Sərnişin təyyarəsinin “Buk”la vurulması və raketin rusiyalı əsgərlər tərəfindən buraxılması barədə iddialar nəzərdə tutulur - red.) “İsgəndər”lərin Ermənistan ərazisində peyda olmağa başladığı zaman Azərbaycan informasiya sahəsində Rusiya Federasiyasının onları birbaşa İrəvana vermədiyi, bu komplekslərin Bakını qorxutmaq üçün açıq şəkildə nümayiş etdirildiyi fikri hakim olmağa başladı. Lakin müharibəyə qədər İrəvana verilmiş Rusiya qırıcılarının tam komplektləşdirilməməsi ilə bağlı olduğu kimi, bu halda da şəxsən hakimiyyəti ələ alan kimi fasiləsiz olaraq hərbi texnikanın üzərinə dırmaşan Paşinyana suallar yaranır. Göstərilən nümunələrdən göründüyü kimi, bir halda ki, Paşinyanın özünə inam yoxdur, o zaman daha vacib sual doğur: kim, nə və nə zaman döyüşlər gedən bu və ya digər rayona Rusiyanı hədəfə çevirmək üçün “İsgəndər”dən istifadə etməklə hücum reallaşdırıb?”
Politoloqun sözlərinə görə, azərbaycanlıların yerləşdiyi ərazilərə raket zərbələrini Rusiya tərəfinin endirdiyini söyləmək yumşaq desək, ən azından, qəribə olardı:
“Belə olan halda dərhal İkinci Qarabağ müharibəsinin gedişatını kökündən dəyişdirəcək bütün lazımi dəlillər tapılardı. Xüsusilə ABŞ Bakı ilə Moskvanı bir-birinə qarşı qoymaq üçün mütləq bu versiyadan istifadə edərdi”.

  • Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar