Amerikalı səfir: “Ermənistan bizdən yox, Rusiyadan incisin...”

18-08-2014, 17:21   
Amerikalı səfir: “Ermənistan bizdən yox, Rusiyadan incisin...”ABŞ-ın Ermənistandakı səfiri Con Xeffern jurnalistlərlə görüşündə prezidentlərin Soçi görüşünün təmas xəttində gərginliyin azalmasına kömək etdiyini bildirib. Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, diplomat belə təmasların vacib olduğunu söyləyib.

“Azərbaycan və Ermənistan prezidentləri görüşürsə, bu, problemin dinc həlli üçün ən yaxşı yoldur. Məhz bu görüşdən sonra təmas xəttində atəş səsləri azalıb”, - deyə səfir qeyd edib.

Amerikalı diplomat Birləşmiş Ştatların Rusiyaya qarşı tətbiq elədiyi iqtisadi-maliyyə sanksiyaları və onların Ermənistana mümkün təsirləri ilə bağlı suala da aydınlıq gətirib. Onun sözlərinə görə, Amerika tərəfi sanksiyalarla bağlı Ermənistan rəhbərliyi ilə çoxsaylı məsləhətləşmələr aparıb.

“Sanksiyalar Rusiyaya qarşı yönəlib, Ermənistana yox. Ancaq onlar Ermənistan iqtisadiyyatı üçün də neqativ nəticələr doğura bilər. Əgər bu, İrəvana xoş deyilsə, şikayəti Moskvaya eləsin”, - Xeffern əlavə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar