Rusiya və İran XİN rəhbərlərinin Azərbaycana səfərindən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da Bakıya gələcəyi gözlənilirdi.Bu sözləri
Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq
Elxan Şahinoğlu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iyunun ilk həftəsində Azərbaycana planlaşdırılan səfəri haqda danışarkən deyib.
O qeyd edib ki, Çavuşoğlunun Azərbaycana planlaşdırılan səfərinin üç səbəbi var:
“Birincisi, rəsmi Ankara Sergey Lavrov və Cavad Zərifin Azərbaycana və Ermənistana səfərini yaxından izləyirdi. Xüsusilə Lavrovun Bakıya hansı təklifləri etməsi, Zəngəzur dəhlizi və s. məsələlər Ankara üçün maraqlıdır.
İkincisi, son günlər Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlik Türkiyəni də narahat edir. Ermənistan faktiki olaraq təxribatla məşğuldur və Azərbaycanı da bu təxribata çəkmək istəyir. Rəsmi İrəvanın sərhəddə təxribatlar törətməkdə əsas məqsədi KTMT-ni prosesə cəlb etməkdir.
Üçüncüsü, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ramazan ayından sonra Azərbaycana səfər edəcəyi bildirilmişdi. Yəqin ki, Çavuşoğlu ilə Bakıda səfərin tarixi, səfər proqramı dəqiqləşdiriləcək”.