Putin Navalnıdan əl çəkmir

10-06-2021, 14:11   




Aleksey Navalnı: “Korrupsiya dövlət hakimiyyətinin əsasına çevrildikdə korrupsiyaya qarşı mübarizə aparanlar ekstremist hesab olunurlar”
“Korrupsiyaya Qarşı Mübarizə Fondu”, “Vətəndaşların Hüquqlarını Müdafiə Fondu” və “Navalnının qərargahları” Moskva Şəhər Məhkəməsinin qərarı ilə ekstremist təşkilatlar elan olunublar.
Moskva Şəhər Məhkəməsinin bu qərarını həbsxanadan vəkili vasitəsilə şərh edən Rusiya müxalifətinin lideri, vicdan məhbusu Aleksey Navalnı “məhkəmə” adlanan məzhəkənin qərarının hüquqi olub-olmadığını müzakirə belə etməkdən imtina edib.
Aleksey Navalnı məhkəməni məzhəkə adlandırmaqda haqlıdır. Çünki, qapalı şəraitdə keçən, Aleksey Navalnın özünün iştirak etmdiyi və məhkəmə materiallarının dövlət sirri elan olunduğu məhkəmədə Navalnın təsisçisi olduğu Korrupsiyaya Qarşı Mübarizə Fondu ilə bağlı məsələyə bağılsa da, Moskva Şəhər Məhkəməsi “Vətəndaşların Hüquqlarını Müdafiə Fondu” və “Navalnının qərargahları”nı da ekstrimist təşkilatlar kimi tanınmasına qərar verib.
Müxalifət lideri məhkəmənin qərarından asılı olmayaraq Rusiyada korrupsiya mövcud olduğu müddətdə korrupsiyaya qarşı mübarizə aparanların olacağını da bəyan edib.
Rusiya hakimiyyətinin Aleksey Navalnı qarşısında qorxusu o qədər güclüdür ki, nəyin bahasına olursa-olsun müxalifət liderini məhv etməyə can atırlar. Ötən ilin yayında Rusiya təhlükəsizlik orqanları tərəfindən həyatına sui-qəsd edilən müxalifət lideri alman həkimlərin sayəsində sağ qala bildi. Alman həkimləri tərəfindən ölümdən xilas edilən Aleksey Navalnı Rusiyaya qayıtmaq istərkən hava limanında həbs edildi. İndi isə ona bağlı təşkilatlar ekstrimist təşkilatlar elan olundular. Qanunverici orqan tərəfindən qəbul olunan və 4 iyun 2021-ci ildə prezident Vladimir Putin tərəfindən imzalan qanuna görə “ekstremist” təşkilatlarda çalışmış və ya kömək etmiş şəxslərin seçkili orqanlara keçirilən seçkidə namizəd olmasını qadağan edir. İctimaiyyət bu qanunu “Korrupsiyaya Qarşı Mübarizə Fondu”na qarşı qanun adlandırır. Aydın görünür ki, Rusiya hakimiyyəti rejimə qarşı müxalifəti seçki prosesindən kənarlaşdırmağa çalışır.
Rusiya müxalifətinin lideri Aleksey Navalnı isə korrupsioner rejimə qarşı mübarizənin sonadək davam etdiriləcəyini bəyan edib. Tərəfdarlarına səslənən müxalifət lideri onları yeni şəraitə uyğunlaşaraq mübarizə aparmağa çağırıb.

Mövsümov Mövsüm 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar