İrəvan geri çəkiləcək: sərhəd, dəhliz və... - Moskvadan baxış

1-07-2021, 17:53   




İrəvan Ermənistan-Türkiyə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinə dair bütün iddialarından və tələblərindən tamamilə imtina edəcək. Əgər Ermənistan sülh və həmrəylik şəraitində yaşamaq istəyirsə, bu ölkə qonşularına olan iddialarından əl çəkməlidir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı alim, türkoloq Viktor Nadein-Rayevski Ermənistan KİV-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, seçkilərdən sonra Ermənistanın xarici siyasətində böyük çağırışlarla yeni mərhələ başlanacaq.
“Yaxın zamanlarda bütün sərhəd məsələləri tənzimlənəcək, Naxçıvan və Azərbaycanı birləşdirən Zəngəzur dəhlizi qurulacaqdır. Qeyd etmək lazımdır ki, müəyyən ərazilərin hələ də ermənilərin nəzarətində qalması Azərbaycan üçün bu münaqişənin tam şəkildə həll olunmaması anlamına gətirib çıxarır. Mən bu məsələlərin necə müzakirə ediləcəyini və Ermənistanın hansı mövqe tutacağını təsəvvür belə etmirəm. Çünki Ermənistan hakimiyyətindən bir dənə də olsa məntiqli açıqlama gəlmir. Lakin əminliklə bildirmək istəyirəm ki, yaxın günlərdə İrəvanın mövqeləri daha aydın olacaq və vəziyyət tənzimlənəcək”, - deyə rusiyalı ekspert qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar