Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb. Bu barədə Ermənistan KİV-ləri xəbər verir. Muradovu kimin əvəz edəcəyi açıqlanmır.
Xatırladaq ki, may ayında general-leytenant Aleksey Avdeyevin rus sülhməramlılarının yeni komandanı ola biləcəyi barədə xəbərlər yayılmışdı. Lakin sonra bildirildi ki, Rüstəm Muradov daha il yarım Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsində qalır.
virtualaz.org