Türkiyə hökuməti Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələri müzakirə edəcək

22-11-2021, 11:43   



Erdoğan və kabinetŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Bazar ertəsi günü Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

İclasda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr, Suriya, Liviya, Aralıq dənizinin şərqindəki son vəziyyət müzakirə ediləcək, BBC Türkçe bildirib.


Müzakirələr həmçinin terrorla mübarizə, iqtisadi vəziyyət, koronavirusla mübarizə kimi məsələləri də əhatə edəcək.

Cənab Erdoğan iclasdan sonra qəbul edilən qərarlar barədə açıqlama verəcək.

15 və 16 noyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində tərəflərin artilleriya və döyüş texnikası da istifadə etdiyi atışmalarda Ermənistan tərəfindən altı, Azərbaycan tərəfindən yeddi hərbçi həlak olub.

Azərbaycan 10, Ermənistan 4 döyüşçüsünün yaralandığını bildirib.

Ermənistan bu döyüşlər nəticəsində 13 nəfərin əsir düşdüyünü, 24 hərbçi ilə əlaqəsinin kəsildiyini bildirilib. Ermənistan tərəfi "itkin" hərbçilər haqqında deyib ki, onların "taleyi məlum deyil, intensiv axtarış işləri aparılır".

Azərbaycan əsir məsələsini indiyə kimi nə təsdiq, nə təkzib edib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar