Vidadi İsayevdən murdar addım: şəhid anasına küçə süpürməyi təklif etdi

23-11-2021, 12:11   


Bərdənin icra başçısı Vidadi İsayev nifrət və lənət qazanacaq addım atıb. Rayon rəhbəri işlə təmin olunması üçün qəbuluna gələn şəhid anasına küçə süpürməyi təklif edib. Anaxeber.info bildirir ki, bu haqda AĞ Partiyanın sədri Tural Abbaslı canlı yayında söyləyib. T.Abbaslı bunu rüsvayçılıq və xalqın adına hörmətsizlik adlandırıb. Onun sözlərinə görə, şəhid anası V.İsayevdən dolanışığı üçün normal bir işlə təmin etməsini istəyib. İcra başçısı şəhid anasına sayğı göstərmək, onu hansısa bir idarədə işlə təmin etmək üçün tapşırıq vermək əvəzinə, küçə süpürməyi təklif edib. Bu, şəhid anasına ən ağır təhqirdir. Prezident bilməlidir ki, onun təyin etdiyi bu cür nümayəndələr ən səviyyəsiz işlərlə məşğuldurlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar