Qırğızıstan Gömrük İttifaqına daxil olur

31-08-2014, 12:15   
Qırğızıstan Gömrük İttifaqına daxil olurQırğızıstan hökuməti Rusiya, Belarusiya və Qazaxıstanın təsis etdiyi Gömrük İttifaqına daxil olmaq üçün təkliflər paketlərini təsdiqləyərək parlamentə göndərib.
Axar.az xəbər verir ki, Qırğızıstan hökumətindən verilən açıqlamada qərarın ölkənin inkişafına böyük təkan verəcəyi deyilib. Qırğızıstan Baş naziri Cömart Otorbayev “Biz bu gün ölkəmiz üçün tarixi bir qərar verdik. Səs çoxluğu ilə bütün qanunları qəbul etdik və təsdiq olunması üçün Zoqorku Keneşə (Qırğızıstan parlamenti) göndərdik”, - deyə bildirib.
Xatırladaq ki, AB-yə alternativ olaraq yaradılan Gömrük İttifaqına Ermənistan da daxil olmaq istəyir. Lakin Qazaxıstan Dağlıq Qarabağ problemi səbəbindən Ermənistanın üzvlüyünün ertələnməsini məqbul sayır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar