Robot istehsalında ixtisaslaşmış “Boston Dinamiks”in “VildKət” (Vəhşi pişik) adlandırdığı bu robot görənləri dəhşətə gətirib. Axar.az xəbər verir ki, saatda 25 kilometr sürətlə hərəkət edə bilən robot Pentaqonun sifarişi ilə mütəxəssislər tərəfindən hazırlanıb. ABŞ Müdafiə Nazirliyinin “DARPA” layihəsi çərçivəsində hazırlanan robot ABŞ əsgərinin prototipi məqsədi ilə hazırlanıb. Arı kimi vızıldayan, at kimi dördnalla qaçan robot, çevik hərəkətləri ilə də diqqət cəlb edib.