Almaniyanın dövlət kanalı İŞİD üzvünə dəstək vermək üçün Suriya və İraqa gedən döyüşçülərin bazasını nümayiş etdirib.
Axar.az xəbər verir ki, Türkiyənin Qaziantep şəhərində təlim bazasında təşkilatlanan gənclərin sərhədi necə keçmələri efirdə görüntülənib.
Məlumatda deyilir ki, Almaniyadan 400 nəfər İŞİD-ə qoşulmağa gedib. Hamburqda vəkil olan Mahmud Ərdəm iddia edib ki, Avropadan İŞİD-ə qatılan gənclərin beyinlərinin yuyulmasında Türkiyə xüsusi xidmət orqanlarının rolu var:
“Avropada cameələrə nəzarət olunmalıdır. Müsəlman gənclər oradan aparılır. Çünki məscidlər İŞİD-in yuvasına çevrilib. Türkiyə sərhədində isə kontrol yoxdur”.