Ukrayna ordusu ciddi itki verdi: 100 ölü

31-08-2014, 14:06   
Ukrayna ordusu ciddi itki verdi: 100 ölüUkrayna ordusu Donbas vilayətinin İlovaysk şəhəri yaxınlığında ciddi itkilərə məruz qalıb.
Axar.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ukraynalı hərbçilər terrorçuların təklif etdiyi humanitar dəhlizdə tələyə düşüblər və qarşı tərəfin ciddi təzyiqləri ilə üzləşiblər.
Anti-terror əməliyyatlarında iştirak edən "Krım" batalyonunun mətbuat xidmətindən verilən məlumatda deyilib ki, gülləbaran nəticəsində 100-ə yaxın Ukrayna hərbçisi öldürülüb, onlarla şəxs isə əsir düşüb:
"Bu da Rusiyanın təklif etdiyi "yaşıl dəhliz..." Əminik ki, bizi satıblar. Ortada yüzlərlə ölü və əsir düşənlər var. Hər hansı koridordan söhbət belə gedə bilməz. Üzərimizə güllə yağdırdılar. Təsadüf nəticəsində bəzilərimiz sağ qaldıq. Evə dönürük".
Xatırladaq ki, ukraynalı hərbçilərə humanitar dəhlizin verilməsi məsələsinə Rusiya Prezidenti Vladimir Putin də toxunmuşdu və əlavə etmişdi ki, Ukrayna ordusu separatçılara müqavimət göstərmədən hadisə yerindən uzaqlaşmalıdır. Əks halda ciddi itkilər olacaq. Görünür, Kreml ikinci varianta üstünlük verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.