İraqın mərhum diktatoru Səddam Hüseynin qızı Rəqad Hüseyn "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatını maliyyələşdirən şəxslərdən biridir.
Milli.az Der Spiegel-ə istinadən bildirir ki, İordaniyada lüks həyat yaşayan Rəqad Hüseyn İŞİD yaranandan bəri bu terror strukturuna milyonlarla dollarlıq yardımlar edib. Bir zamanlar atasının qurduğu və indi dağılmış BƏƏS Partiyasını yenidən iqtidara gətirmək istəyən Rəqad Hüseyn İraqın keçmiş iqtidarının da qisasını almaq istəyir.