ABŞ prezidenti Barack Obama-nın Avropaya səfəri başlayır. O, Estoniyaya, daha sonra NATO sammitində iştirak üçün Britaniyaya gedəcək. Obama-nın səfəri Rusiya və Qərb arasında gərginliyin son onillər ərzində görünməyən həddə çatması ilə eyni vaxta təsadüf edir.
Birləşmiş Ştatlar Avropa müttəfiqləri ilə birlikdə Rusiya üzərinə bir sıra sanksiyalar qoyub. Səbəb Kremlin Ukraynanın şərqində rusiyayönlü separatçıları dəstəkləməsidir.
Obama sentyabrın 2-də axşam Estoniyaya çatacaq, ertəsi gün prezident Toomas Hendrik Ilves və digər rəsmilərlə görüşəcək. Bir gün sonra isə Latviya və Litva prezidentləri də onlara qoşulacaq.
NATO-nun Uelsdə sammiti sentyabrın 4-5-də keçiriləcək.