Gazprom İraq yatağında kommersiya istehsalına başlayır

2-09-2014, 12:38   
Gazprom İraq yatağında kommersiya istehsalına başlayırRusiyanın Gazprom neft şirkəti sentyabrın 1-də elan edib ki, İraqın cənub-şərqində Badra neft yatağından kommersiya istehsalına başlayıb. Şirkət veb-saytında yerləşdirdiyi bəyanatda bildirir ki, Badradan ilk neft kəmərə vurulub və Fars Körfəzindəki Bəsrə ixrac terminalına çatdırılacaq.

Gazprom Neft-in məlumatına görə, gündə kəmərlə 15 min barel neft daşınacaq və bu hədd bütün il boyu saxlanacaq.

Gazprom Neft Badra layihəsinin operatorudur. Onun rəhbərlik etdiyi konsorsiuma Cənubi Koreyanın KOGAS, Malayziyanın Petronas, Türkiyənin TPAO və İraq Neft İstismarı Şirkəti daxildir.

Badra yatağında 3 milyard barel neftin olduğu dəyərləndirilir. Konsorsium gündəlik hasilatı gündə 170 min barelə çatdırmağı planlaşdırır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar