Mirvari Qəhrəmanlı: “Ölkəmizdə hələ də məhkəmə icra orqanından asılıdır”
Sentyabrın 9-da tanınmış ictimai-siyasi xadim, Milli Şuranın mətbuat xidmətinin rəhbəri, hüquq müdafiəçisi Oqtay Gülalıyevin azyaşlı övladı Əli Gülalıyevin işi ilə bağlı Xətai Rayon Məhkəməsində növbəti məhkəmə prosesi keçiriləcək.
Moderator.az-a açıqlama verən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı baş verənləri O.Güləliyevin siyasi fəaliyyəti ilə əlaqələndirdi:
“Düşünürəm ki, Oqtay bəyin oğlu barəsində qaldırılmış cinayət işi, məhz onun siyasi fəaliyyəti ilə bağlıdır. Əgər ölkəmizdə müstəqil məhkəmə sistemi olsaydı, əlbəttə ki, bu barədə xeyli düşünərdim. Ölkəmizdə isə hələ də məhkəmə icra orqanından asılıdır”.
Seymur Əliyev