Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda silahlı insident: 1 nəfər güllələnərək öldürülüb

4-09-2014, 10:43   
Bakıda silahlı insident: 1 nəfər güllələnərək öldürülübHadisə qisas zəminində törədilib

Bakıda qətl hadisəsi baş verib. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsində “Sahil” parkının qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Şaban Məmməd oğlu Nəbiyev naməlum şəxs və ya şəxslər tərəfindən “Vinçester” markalı odlu silahdan açılan bir neçə atəş nəticəsində qətlə yetirilib.

Hadisənin qisas zəminində törədildiyi ehtimal edilir.

Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tapılması istiqamətində iş aparır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar