Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə hazırdır

4-09-2014, 10:52   
Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə hazırdırErmənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə tam hazırdır. “Media forum” saytı xəbər verir ki, Avrasiya İqtisadi Komissiyası sentyabrın 3-də belə açıqlama yayıb. Rəsmi açıqlamaya görə, müqavilənin yekun layihəsi Rusiya, Belarus, Qazaxıstan, Ermənistan hökumətlərinə göndərilib. Müqavilənin imzalanma vaxtını prezidentlər müəyyənləşdirəcək.

Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləni bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko Astana şəhərində imzalayıblar.

Müqaviləyə əsasən, ittifaqın orqanları bunlardır: Ali Avrasiya İqtisadi Şurası, Avrasiya Hökumətlərarası Şurası, Avrasiya İqtisadi Komissiyası, Avrasiya İqtisadi İttifaqının Məhkəməsi. Ali Avrasiya İqtisadi Şurasında, Avrasiya Hökumətlərarası Şurasında və Avrasiya İqtisadi Komissiyasında sədrlik rus əlifbası ilə rotasiya qaydasında həyata keçirilir. Sədrlik müddəti 1 ildir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar