Hərbi birliyin 2015-ci ilin ilk yarısına qurulacağı bildirilir
Cənubi Koreya və ABŞ Şimali Koreya Xalq Demokratik Respublikasının kütləvi qırğın silahlarına qarşı birgə diviziya yaradır.
ANS PRESS-in məlumatına görə, hərbi birliyin 2015-ci ilin ilk yarısına qurulacağı bildirilir.
Koreyanın Lydjobu şəhərində yerləşdirilən bölməyə ABŞ HQ-nin 2-ci piyada diviziyası və Cənubi Koreyanın ordu briqadası daxil olacaq.
Məlumatda deyilir ki, dinc dövrdə birgə qərərgah fəaliyyət göstərəcək, diviziyanın başında isə amerikalı general-mayor duracaq.
Diviziyanın yaranması Seulun qərbi, Pxyenxek rayonunda yerləşən ABŞ hərbi bazalarının köçürülməsinə maneçilik törətməyəcək.