Pentaqon: “ABŞ Ukraynaya görə Rusiya ilə savaşmayacaq”

4-09-2014, 11:25   
Pentaqon: “ABŞ Ukraynaya görə Rusiya ilə savaşmayacaq”"Rusiya Federasiyası hələ də təhlükəli addımlar atmağa davam edir”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Pentaqonun rəhbəri Çak Heygel çıxış edib.
O, Ukraynada vəziyyətin daha da gərginləşəcəyini bildirib:
“Rusiya əvvəlki kimi Ukraynaya qarşı təhlükəli addımlar atır. Bu da Ukraynada vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq. Eyni zamanda, bu addımların da Rusiya üçün nəticələri ağır olacaq. Lakin buna baxmayaraq, ABŞ Ukraynaya görə Rusiya ilə döyüşə girməyəcək”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar