Millət vəkili: “NATO bölgəyə diqqətini artırır”

5-09-2014, 14:01   
Millət vəkili: “NATO bölgəyə diqqətini artırır”“NATO və ABŞ bölgəyə diqqətlərini daha da artırmağa çalışırlar”.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
O, NATO-nun Ermənistana sanksiyalar tətbiq etməməsinə təəssüflə yanaşdığını bildirib:
“Bu sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin bir araya gəlməsi müsbət haldır. O deməkdir ki, NATO və ABŞ bölgəyə diqqətlərini daha da artırmağa çalışırlar. Kiyevdəki hadisələrdən sonra bölgədə stabilliyin pozulmasının qarşısını almaqdan ötrü NATO və ABŞ özünün bölgədə iştirakının mövcudluğunu nümayiş etdirir. Təəssüflə qeyd etmək istəyirəm ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların heç biri Ermənistana yönəldilməyib. Eyni ssenari ilə Azərbaycan torpaqları işğal edilib, minlərlə insan öz yurdundan-yuvasından olub. Bir sıra hərbi cinayətlər törətməsinə baxmayaraq, ona qarşı sanksiyanın olmaması bu münaqişədə heç bir nəticənin olmadığını göstərir. Bu NATO-ya və digər beynəlxalq təşkilatlara da aiddir. Təcavüzkara qiymət verilməli və ona qarşı konkret addımlar atılmalıdır. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı biz NATO-dan da müvafiq addımları və sanksiyaların həyata keçirilməsini gözləyirik”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar