Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Mariopola ilk hücum dəf edildi

5-09-2014, 14:29   
Mariopola ilk hücum dəf edildiUkrayna artilleriyası separatçıların batareyasını məhv edib.
Ukrayna ordusu Mariupola hücumun qarşısını alıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna mətbuatında məlumatlar yayılıb. İlkin informasiyaya görə, Ukrayna kəşfiyyatçıları zenit raketləri ilə separatçıların "Ural" maşınını vurub.

"Azov" batalyonun xüsusi təyinatlıları Şirokino kəndində gedən döyüşlərdə xüsusi məharət göstərərək işğalçı qüvvələrə ağır zərbə endiriblər.

"Xoşbəxtlikdən itkin düşənlər tapılıb. Həlak olanlar yoxdur. Həmçinin, sərhəd qoşunlarından bizim silahdaşlarımıza onlarda da itki olmadığı bildirilib", - deyə "Azov" batalyonundan bildirilib.

Mariupoldan 20 kilometr məsafədəki "Azov"un ön postları separatçıların postunu məhv edib. Ukrayna artilleriyası "122-millimetr D-30 qaubits" batareyanı da məhv edib. Hazırda Şirokino kəndində mülki şəxslər arasında itkilər dəqiqləşir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar