İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları əxlaqsızlıq yeri kimi istifadə olunan növbəti obyekt aşkarlayıb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, idarənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Ağsu şəhər sakini Nazim Dursunalıyevin İsmayıllı rayonunun Basqal kəndində işlədiyi “Nazimoğlu” istirahət mərkəzində əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.
Qeyd edək ki, Basqal təkcə İsmayıllının deyil, Azərbaycanın ən tanınmış kəndlərindən biridir...
Məsələylə əlaqədar Modern.az saytı ilə əlaqə saxlayan İsmayıllı rayonundan millət vəkili Novruz Aslanov Daxili İşlər Nazirliyinin yaydığı xəbəri təkzib edərək, deyib ki, həmin istirahət mərkəzinin Basqal kəndinə heç bir aidiyyatı yoxdur.
“Mən Daxili İşlər Nazirliyi ilə də əlaqə saxlayacam, onlar səhv məlumat yayıblar. “Nazimoğlu” istirahət mərkəzi Basqal kəndindən 3-4 kim aralıda yerləşən Nüyüdü kəndinə daha yaxındır. O obyekti işlədən şəxs də Ağsu rayon sakinidir, ümumiyyətlə həmin istirahət mərkəzinin Basqala və İsmayıllıya aidiyyatı yoxdur. Bu xəbər məşhur Basqal kəndinin imiciinə ziyan vurur”-deyə Novruz Aslanov DIN-in yaydığı xəbərə kəskin reaksiya bildirib.