ABŞ prezidenti Barack Obama özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı geniş beynəlxalq koalisiya yaradacaqlarına və İŞİD-i məğlub edəcəklərinə əmindir.
O bu barədə NATO-nun Uelsdə keçirilən sammitində danışıb. Obama bundan əvvəl NATO liderləri ilə İŞİD-in təhlükələrini müzakirə edib.
ABŞ prezidenti ölkəsinin öz məqsədinə nail olacağını və İŞİD-i dağıdacaqlarını deyib.
O əlavə dib ki, İŞİD liderləri və digər ekstremistlər «əl-Qaidə» üzvləri kimi tapılacaq.
Obama ABŞ müttəfiqlərinin də koalisiyaya qoşulacağını bildirib.
ABŞ ötən ay İraqda İŞİD-ə 200 hava zərbəsi endirib.